Source: google

Natiq Cəfərli: Bizdə alternativ statistika yoxdur, beynəlxalq hesabatlar hökumətin verdiyi rəqəmlərə əsaslanır

Article was updated on :  17 September 2020

Samir Əliyev: ""Doing Business" Azərbaycan hökumətinin ən çox istinad etdiyi hesabatdır"

2020-ci ildə Azərbaycan iqtisadiyyatının 4.3 faiz kiçiləcəyini proqnozlaşdırılır.

Asiya İnkişaf Bankının (AİB) açıqladığı "Asian Development Outlook 2020" (ADO) hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, 2020-ci ilin sonunacan pandemiya davam edəcək və bu müddət ərzində neft hasilatı və gəlirlər azalacaq. İstehlakın da kəskin azalacağı gözlənilir. Hətta Maliyyə Nazirliyinin açıqladığı 2021-ci il üçün "Dövlət büdcəsinin ilkin parametrləri" sənədində deyilirdi ki, gələn ilin büdcəsi 1,6 milyard manat azala bilər.

Dövlət Gömrük Komitəsinin də bu yaxınlarda açıqladığı məlumatda deyilirdi ki, bu ilin 8 ayında ölkə iqtisadiyyatı 3 faiz kiçilib.

AİB-in proqnozlarında isə bildirilir ki, 2020-ci ilin yekunları üzrə Azərbaycanın tədiyyə balansının kəsiri ÜDM-in 5.1 faizini təşkil edəcək.

Bundan əlavə, bu il ölkə 2015-16-cı illərdən sonra ilk dəfə cari əməliyyatlar hesabının kəsirinə qayıdacaq.

ÜDM-in kiçilməsi tempinə görə, AİB-in gözləntiləri Azərbaycan hökumətinin proqnozuna yaxındır.

Natiq Cəfərli

Natiq Cəfərli

Source: Meydan Tv

İqtisadçı Natiq Cəfərli Meydan.Tv-yə deyir ki, beynəlxalq hesabatlar əsasən hökumətin verdiyi rəqəmlərə əsaslanır və həqiqəti əks etdirmir: "Çünki bizdə alternativ statistika yoxdur. Ona görə də yalnız hökumətin verdiyi rəqəmlərə əsaslanırlar. Gürcüstanda isə alternativ statistika var və ona görə də obyektiv qiymətləndirmə mümkündür".

Belə sənədlərdən biri də Dünya Bankının "Doing Business 2021" hesabatıdır.

Bank bu yaxınlarda açıqlama verib ki, "Doing Business" 2018 və 2020-ci il hesabatlarında Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alınan məlumatlarda uyğunsuzluq olub.

Samir Əliyev

Samir Əliyev

Source: Meydan Tv

İqtisadçı Samir Əliyev isə deyir ki, "Doing Business" Azərbaycan hökumətinin ən çox istinad etdiyi hesabatdır.

Son dövrlər hesabatda Azərbaycanın mövqeyində yaxşılaşma müşahidə edilirdi: “Ancaq hesabat həmişə kəskin müzakirə mövzusu olub və nəticələrin reallıqda uzaq olması barədə daim fikirlər səslənib”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  17 September 2020
Featured in:  
Shortlink:   http://mtv.re/g059aw

Most Viewed