Source: Meydan TV

Mustafa Hacıbəylinin apelyasiya şikayəti təmin olunmadı

Baş redaktorun vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti verəcək

Aprelin 25-də Bakı Apelyasiya Məhkəməsində "basta.info" saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat departamentinin rəhbəri Mustafa Hacıbəylinin şikayətinə baxılıb. Şikayət M.Hacıbəylinin iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilib. Həmin hökmə əsasən, M.Hacıbəyli rəhbərlik etdiyi saytda Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı qəza barədə iki yazıya görə CM-nin 281 (dövlət əleyhinə çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib.

Apelyasiya şikayətinə Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

Məhkəmədə həm M.Hacıbəyli, həm də vəkili Osman Kazımov hökmün ləğvini, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib.

M.Hacıbəyli çıxışında deyib ki, ittiham əsassızdır. O, tənqidçi fəaliyyətinə görə siyasi sifarişlə cinayət təqibinə məruz qaldığını bildirib.

Amma məhkəmə apelyasiya şikayətini təmin etməyib və hökm qüvvədə saxlanıb.

M.Hacıbəyli Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/p6s3tu

Most Viewed