Müsavat Partiyası

Source: Meydan.TV

Caption: Müsavat Partiyası

Müsavat Partiyasına qurultay üçün yer verildi, amma (yenilənib)

Article was updated on :  7 October 2019

15.51. Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasına qurultay üçün yer ayırmasına baxmayaraq, tədbirin keçirilməsi sual altına düşüb.

Partiyanın hazırki başqanı Arif Hacılının “Turan” İnformasiya Agentliyinə bildirdiyinə görə, 7-ci mikrorayonda yerləşən “Büllur” şadlıq sarayının sahibi əvvəlcə yer ayırmağa razı olsa da, sonradan fikrini dəyişib.

“Partiya rəhbərliyi qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə yer təklif edib. Həmin yerlərin rəhbərləri öncədən razılıq veriblər. Şəhər administrasiyası bildirib ki, “Büllur” şadlıq sarayında keçirilməsinə etiraz etmir. İndi isə sarayın rəhbərliyi bildirir ki, zal ayıra bilməz, çünki həmin gün başqa tədbir nəzərdə tutulub. Odur ki, yer məsələsi açıq qalır”, - Arif Hacılı deyib.

***

Müsavat Partiyasının IX qurultayı oktyabrın 12-də “Büllur” şadlıq sarayında keçiriləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın müraciətinə cavabında qeyd olunub.

Məlumatı partiyanın başqanlığına namizəd Arif Hacılı yayıb.

Müsavat Partiyasının başqanlığına 3 nəfər namizədliyini irəli sürüb. Hazırkı başqan Arif Hacılı, məclis üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu.

Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib. 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.

BŞİH-nin cavab məktubu

BŞİH-nin cavab məktubu

Source: Foto: sosial şəbəkə

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  7 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/iccdtj

Most Viewed