Müdafiə Nazirliyində yeni dəyişikliklər (yenilənib)

1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını bitirib.

Foto: Müdafiə Nazirliyi


Müdafiə nazirinin yeni müavinləri təyin edilib


Prezident İlham Əliyevin iyulun 23-də imzaladığı başqa bir



sərəncam



la general-leytenant Nizam Osmanov müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin olunub. Buna qədər o, Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi idi.


General-mayor Ənvər Əfəndiyev də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib. O, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub.


General-mayor Azər Əliyev Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Kənan Seyidov isə Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin ediliblər.

***


O, 2017-ci ildən Baş Qərargah rəisinin müavini idi

General-leytenant Ayaz Həsənov Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev iyulun 23-də sərəncam

imzalayıb

.

Ayaz Həsənov 1972-ci ildə Şamaxı rayonunda anadan olub.

1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını bitirib.

c5863d81-e944-3ee5-983b-31a73b9f8c64_850.jpg
Ayaz Həsənov

O, 2017-ci ildə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

2018-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-leytenant" ali hərbi rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi parada komandanlıq edib.

2020-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunub.

Ana səhifəSiyasətMüdafiə Nazirliyində yeni dəyişikliklər (yenilənib)