Müdafiə Nazirliyi: Ermənistanın 6 hərbi qulluqçusu əsir götürülüb (yenilənib)

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Foto: Müdafiə Nazirliyi


18.48.


Müdafiə Nazirliyi Azərbaycan ordusuna məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyü barədə mediada yayılan məlumatı təsdiqləyib.


Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov dövlət televiziyasına bildirib.


Məlumatı mayın 27-də ''



haqqin.az



" saytı yayıb.

***


12.21.


Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusu tərəfindən saxlanılan hərbçilərin adlarını



açıqlayıb



.


Nazirlik bildirib ki, əsir götürülən hərbçilər müqavilə əsasında xidmət edən A.N.Abqaryan, İ.A. Sarqsyan, V.V.Sarqsyan, B.S.Oqanyan, A.Q. Budoyan və V.O. Rafaelyandır.

***


Nazirlik kəşfiyyat-diversiya qrupunu yaxaladığını deyir

Azərbaycan ordusunun Ermənistanın 6 hərbi qulluqçusunu əsir götürdüyü bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı

məlumat

a görə, mayın 27-də saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətindən Azərbaycan tərəfə keçməyə cəhd göstərib. Bu zaman Ermənistanın 6 hərbi qulluqçusu “mühasirəyə alınıb və əsir götürülüb".

Nazirlik bildirib ki, Azərbaycan Ordusu sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən erməni hərbçilərini mühasirəyə alıb:

“Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Ermənistan Müdafiə Nazirliyi

məlumat

ı təsdiqləyib. Ancaq nazirlik hərbçilərin təxribat etmələri barədə informasiyanı təkzib edərək bildirib ki, onlar ərazidə mühəndis işləri görürmüş.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Ermənistanın 6 hərbi qulluqçusu əsir götürülüb (yenilənib)