Source: Telegram

Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz (Yenilənib)

Article was updated on :  13 January 2021

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun məhkəməsi martın 5-dək təxirə salınıb.Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat yayıb.Onun sözlərinə görə, növbəti məhkəməyə daha iki şahidin çağırılacağı gözlənilir.

“Palmali”nin mətbuat katibi Fidan Quliyevanın verdiyi məlumata görə, məhkəmədə həm Mübariz Mənsimov özü, həm də vəkili Ersan Şen çıxış edib.

--------------------------------------------------------------------------------------------

Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimovun məhkəmə prosesi keçirilib.

Mübariz Mənsimov Fətullah Gülən və təşkilatı ilə əlaqələri barədə iddiaları təkzib edib.

O bildirib ki, bu iddialar yalandır: “Mən heç vaxt FETÖ-çü (Fətullah Gülən Terror Örgütü) olmadım, deyiləm, ola da bilmərəm. Həbsdən buraxılmağımı istəyirəm. Mən heç zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim 10 aydır həbsdə saxlanmağım şirkətimi müflis olmaq həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir. “Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada dayanırdı. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən onlara heç zaman xidmət etməmişəm, etmərəm də! Elə olsaydı, bu günə qədər o təşkilata hansısa, məktəb, xəstəxana hədiyyə edərdim. Amma mən bunların hamısını tikdirib dövlətə təslim etmişəm”.

İş adamı onu da bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi zamanı o, hökumətə öz köməyini təklif edib: “15 iyulda mənim etdiyim və mənə gələn zənglərin siyahısı var. Haralarla, kimlərlə danışmışam, hər şey ortadadır. Mustafa Ərdoğana zəng edərək: “Əmrinizdəyəm”, - dedim”.

Mübariz Mənsimovun vəkili Ersan Şən isə cinayət işinin materiallarındakı hüquqi pozuntulardan, şahid ifadələrindəki ziddiyyətlərdən danışıb.

Vəkil bildirib ki, 27 nəfər şahid qismində dindirilib, onlardan 17-sinin ifadəsi Mübariz Mənsimovun lehinədir.

Onun əleyhinə olan ifadələrdə isə çoxlu sayda ziddiyyətlər, qanunsuzluqlar var. İfadələr bir-birini təkzib edir.

Vəkil həmin ziddiyyətlərin nədən ibarət olduğunu da sadalayıb: “Mübariz Mənsimova qarşı ittihamı təsdiqləyəcək bircə mötəbər sübut yoxdur”.

Məhkəmə qərar vermək üçün müşavirəyə gedib. Daha sonra prosesin martın 5-nə qədər təxirə salındığı açıqlanıb.

Türkiyə vətəndaşı olan Mübariz Mənsimov 2020-ci il martın 15-dən həbsdədir.

O, FETÖ ilə əlaqələri haqda ittihamın saxta və absurd olduğunu bildirir, həbsinə görə də Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi ittiham edirdi.

R.Abdullayev isə Türkiyənin “Mgtv” kanalına açıqlamasında bu barədə səslənən fikirləri “əsassız yalan” adlandırıb.

O bildirib ki, “Palmali” qrupu SOCAR-a qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə 2018-ci ildə Londonda və Dubayda arbitraj prosesləri başlayıb.

R.Abdullayevin sözlərinə görə, bu proseslərin məqsədi “Palmali”nin SOCAR-a olan borclarının qaytarılmasıdır: “Ümid edirik ki, Türkiyə Cümhuriyyətinin hüquq-mühafizə orqanları Mübariz Mənsimov barəsində ədalətli qərar verəcək”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 January 2021
Featured in:  
Shortlink:   http://mtv.re/0myxzb

Most Viewed