Mqer Qriqoryan

Source: https://ru.armeniasputnik.am/

Caption: Mqer Qriqoryan

Mqer Qriqoryan: Ermənistan üçtərəfli komissiyada iştirakını dayandırır

Article was updated on :  1 June 2021

“Ermənistan tərəfi dəhliz məsələlərini müzakirə etməyib, etməyəcək də"

Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır.

Bu barədə Yerevanda Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.

O, bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın “təcavüzü” ilə izah edib.

“Sərhəddə hazırki vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib”, - deyən Baş nazir müavini əlaqələrin “Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra” kəsildiyini qeyd edib.

Zəngəzur dəhlizi mövzusuna toxunan Mqer Qriqoryan deyib ki, Yerevan Azərbaycan prezidentinin bu termindən istifadə etməsinə həddindən artıq qəzəblənib.

“Ermənistan tərəfi dəhliz məsələlərini müzakirə etməyib, etməyəcək də. Dəhliz dedikdə bəziləri nəqliyyat marşrutlarını nəzərdə tuturlarsa, bu, ayrı məsələdir, amma bu sözün altında suverenliklə bağlı hər hansı başqa hallar nəzərdə tutulursa, bu cür müzakirələr istisna edilir”, - deyə o bildirib.

Yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıblar (Turan İA).

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  1 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/wueo0f

Most Viewed