Source: Facebook

Moskva polisi onlarla Krım tatarını terrorizm ittihamıyla nəzarətə alıb

Moskva polisi (milis) terror ittihamıyla uzunmüddətli həbs cəzasına məhkum edilmiş dörd Krım tatarı ilə həmrəylik göstərmək üçün Ali Məhkəmə qarşısında toplanan onlarla nümayişçini nəzarətə götürüb,- Azadlıq Radiosu xəbər verir.

Aktivistlər iyulun 11-də Ali Məhkəmənin binası qarşısına məhkəmə Hizb-ut Tahrir İslam qrupunun üzvləri olduğu üçün dekabr ayında 9 ildən 17 ilədək həbs cəzasına məhkum edilmiş dörd Krım tatarının apelyasiya şikayətinə baxarkən toplaşıb.

Demək olar ki, bütün nümayişçilər polis tərəfindən saxlanılıb və avtobuslarla məhkəmə binasından uzaqlaşdırılıb.

Rusiyada nümayişçilərə qarşı polis zorakılığını izləyən müstəqil qrup OVD-Info deyir ki, ən az 45 nümayişçi nəzarət altına alınıb.

Bir gün əvvəl polis Krım tatarlarının Krım bölgəsində müalicəsinə qarşı Moskvanın Qırmızı Meydanında etiraz edən 7 fəalı nəzarətə alıb.

Hizb-ut Tahrir Rusiyada qadağan edilib. Kreml bu qrupu terror təşkiları olaraq tanıyıb. Lakin qrup Ukraynada qadağan deyil.

Rusiya Ukraynanın Krım yarımadasını işğal etdikdən və 2014-cü ildə bu torpaqları qeyri-qanuni olaraq öz ərazisinə birləşdirdikdən sonra yarımadaya öz qanunlarını tətbiq edib.

İyun ayında Rusiya məhkəməsi beş Krım tatarını Hizb-ut Tahrir üzvlüyünə görə təqsirli bilərək, 12 ildən 17 ilə qədər həbs cəzasına məhkum edib.

Həmçinin iyun ayında 8 başqa Krım tatarı Rusiyanın Krımdakı rəsmiləri tərəfindən Hizb-ut Tahrir-ə üzv olması iddiasıyla həbs edilib.

Rusiya qüvvələri 2014-cü ilin fevral ayının sonlarında Krımı işğal etdikdən sonra rəsmi Kreml Hizb-ut Tahrirə aid olduğu üçün onlarla Krım tatarını təqib edib.

Mart və aprel aylarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Hizb-ut Tahrir üzvlərini evbəev axtararaq, 24-ə yaxın Krım tatarını nəzarətə alıb.

İnsan haqları qrupları və Qərb dövlətləri Rusiya hakimiyyət qurumlarının Krım tatarlarına qarşı həyata keçirdiyi təqibi repressiya adlandırıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/akln8t

Most Viewed