Sergey Sobyanin

Source: https://moscow.touristgems.com/

Caption: Sergey Sobyanin

Moskva koronavirusa qarşı kütləvi peyvəndlərə başlayacaq

Avqust ayından etibarən Rusiya ikinci peyvəndi də təsdiqləyib

Rusiya paytaxtının bələdiyyə rəhbəri deyib ki, Moskva tezliklə koronavirusa qarşı kütləvi peyvəndlərə başlayacaq, - RFE/RL xəbər verir.

Sergey Sobyanin 19 oktyabrda şəhərdə yoluxma hallarının artması səbəbindən daha iki xəstəxananın açılacağını bildirib.

Rusiya ilk dəfə olaraq iki ay öncə “Sputnik-V” koronavirus peyvəndini yerli istifadə üçün təsdiqləyib.

Şimal ölkəsi peyvəndlərin kifayət qədər sınaqdan keçirilmədiyi iddiaları ilə beynəlxalq ictimaiyyət arasında mübahisələrə səbəb olsa da, dünyada bu addımı atan ilk ölkə olub. Rusiya səhiyyə rəsmiləri peyvəndi qətiyyətlə dəstəkləyiblər.

Avqust ayından etibarən Rusiya ikinci peyvəndi də təsdiqləyib və 19 oktyabrda üçüncü peyvəndin sınaqlarına başlayacağı deyilir.

1,4 milyondan çox insanın yoluxması ilə dünyanın dördüncü ən yüksək koronavirus qeydə alınan ölkəsi olan Rusiya dünyanın bir çox ölkəsində olduğu kimi ikinci dalğadan keçir.

Sobyanin Rusiyanın 13 milyon əhalisi olan Moskva xəstəxanalarında xəstənin artdığını və keçən həftə ərzində sayın gün ərzində 1250-yə yüksəldiyini deyib.

Şəhərin xəstə yatağı sayını vurğulayan Sobyanın bu problemin yeni açılacaq iki xəstəxanayla həll ediləcəyini deyir.

İki yeni xəstəxananın yerli parklardan birində olan bir binanın içində və böyük bir ticarət mərkəzində qurulmağı planlaşdırılır. Bu binaların ümumilikdə 3500 koronavirus xəstəsini müalicə edə biləcəyi qeyd edilib.

Sobyanin eyni zamanda Moskvada koronavirus pandemiyasının vəziyyətinin “son dərəcə çətin olduğunu” və xəstəliyin yaz ayıyla müqayisədə “ciddi” yüksəliş yaşadığını qeyd edib.

Moskvada 19 oktyabrda 5,376 koronavirusa yoluxma qeydə alınıb. Bu, may ayından etibarən nəzərə çarpacaq artım hesab olunur.

Şəhərdə həmçinin virusun yayılmasının qarşısını almaq üçün təcrid tədbirləri gücləndirilməyə başlanıb.

Moskva polisi insanların maska taxmalarını təmin etmək üçün ictimai nəqliyyatı yoxlayır, hökumət isə bar və klubları ziyarət edənləri rəqəmsal olaraq izləyir.

Moskva hökuməti eyni zamanda paytaxtda fəaliyyət göstərən şirkətlərdən mümkün qədər çox insanın evdən işləməsinə icazə vermələrini istəyib.

Bununla baxmayaraq, Sobyanin komendant saatı tətbiq etməyəcəyini və ya şəhər daxilində hərəkəti qadağan etməyəcəyini deyib. Bütün müəssisələrin bağlanması “bizim üçün qəbuledilməz və qeyri-mümkündür”,- o deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/oaqcv3

Most Viewed