Bolqarıstan Xarici İşlər Nazirliyi

Source: Lenta.ru

Caption: Bolqarıstan Xarici İşlər Nazirliyi

Moskva: Bolqarıstan diplomatları “persona non qrata” elan etdiyi üçün cavab verməli olacaq

Rusiya Sofiyanın bu addımını “əsassız” adlandırıb

Moskva sentyabrın 24-də Bolqarıstanın iki rus diplomatını “persona non qrata” elan etməsindən təəssüfləndiyini bildirib və qarşılıq veriləcəyini vəd edib, - “Reuters” Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Bolqarıstan çərşənbə günü casusluqda şübhəli bilinən iki rus diplomatını qovduqlarını və onlara Balkan ölkəsini tərk etmələri üçün 72 saat vaxt verdiklərini deyib.

Rusiya Sofiyanın bu addımını “əsassız” adlandırıb.

Avropa İttifaqı və NATO üzvü olan Bolqarıstan Rusiya ilə yaxşı əlaqələrə sahib ölkə kimi tanınır. Sofiya həmçinin Rusiyanın dekabr ayında gələcək müdafiə ataşesinə viza verməkdən imtina edib.

Rusiya səfirliyi diplomatların müəyyən edilmiş müddətdə Bolqarıstandan ayrılacağını, ancaq Rusiyanın eyni şəkildə cavab vermək hüququndan istifadə edəcəyini bildirib.

Çərşənbə günü bolqar prokurorluğu bildirib ki, iki diplomat 2016-cı ildən bəri ordunun modernləşdirilməsi planları və hərbi texnikanın saxlanılması barədə gizli məlumat axtarmaqla məşğul olub. Onlar bu məlumatları Rusiya hərbi kəşfiyyatına ötürüblər.

Açıqlamada diplomatların ölkənin hərbi-sənaye kompleksi ilə əlaqəli məlumatlar əldə etmək üçün bolqarlarla əlaqə qurduqları və məlumatlar qarşılığında onlara maddi vəsait vəd etdikləri bildirilir.

Bolqarıstan Sovet dövründə Moskvanın Şərqi Avropadakı ən önəmli peyki olub. O vaxtdan bəri münasibətlər vaxtaşırı gərginləşsə də, Rusiya Bolqarıstanın ən böyük enerji tədarükçüsü olaraq qalır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/q5r8ij

Most Viewed