Moody's

Source: Foto: arxiv

Caption: Moody's

Moody's: Rusiya, Azərbaycan, Qazaxıstan böhrana daha dözümlüdür

İlham Şaban: “Bazar belə xaotik ticarətlə əvvəllər də rastlaşıb”

“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanı digər ölkələrlə müqayisədə aşağı neft qiymətlərinə daha az həssas hesab edir.

Agentliyin bu barədə proqnozunda qeyd olunub ki, neft qiymətlərinin düşməsi neft ixrac edən ölkələrin kredit reytinqinə təsir edəcək. Aşağı neft qiymətləri Oman, Bəhreyn, İran, Anqolanın kredit reytinqini azaldacaq, çünki bu ölkələrin neftdən asılılığı çox yüksəkdir və onların neft bazarında hər hansı dəyişikliyə çox həssasdırlar. Bu ölkələrdə likvidlik riski yüksəkdir. Bunlardan fərqli olaraq, Rusiya, Azərbaycan və Qazaxıstanın maliyyə mövqeyi güclüdür və aşağı neft qiymətlərinə qarşı maliyyə həssaslığı daha aşağıdır. Ona görə də bu ölkələr böhrana daha dözümlüdür.

Ancaq agentlik əlavə edib ki, ölkələrin indiyədək yığılmış ehtiyatları neftin qiymətinin azaldığı bu durumda onlara çox kömək edəcək. Azərbaycan, Qazaxıstan, Küveytin likvid maliyyə ehtiyatları onların dövlət borcunu əhəmiyyətli dərəcədə üstələyir və ehtiyatları çox olduğu üçün isə bu ölkələrin maliyyə dayanıqlılığı daha yüksəkdir.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban xatırladıb ki, 8 hərracdır ki, neft 30 dollardan aşağı qiymətdədir və nə qədər davam edəcəyi bəlli deyil:

“Neftin aşağı qiymət diapozonunda qalmasına səbəb iki mənzərəni yarada bilər: Birinci, real tələbatın azalması, ikincisi, dünya iqtisadiyyatının resessiyaya daxil ola biləcəyi ilə bağlı informasiyaların artması”.

İlham Şaban

İlham Şaban

Source: Meydan TV

Ekspert neftin 25-dən 27.5 dollara artmasına təsir edən amilin təklifin artımında olduğunu bildirib:

“İdxalçı ölkələr 25 dollara neft görüb, daha doğrusu hələ bir üstündə endirim də eşidib başladılar xeyli miqdarda sifarişlər etməyə və almağa. Yəni ehtiyaclarından artıq. Əlavə neft ya sahilboyu yerləşən anbarlara, ya da iri tankerlərə vurularaq saxlanılır. Ona görə də qısa müddətdə 2 mln və daha çox barellik tutumu olan tankerlərin günlük fraxtı 1 həftəyə 700%-dək artdı. Onların məqsədi neft 35-40-ə yüksələn kimi “anbar neftini” satışa çıxarıb əlavə qazanca sahib olmaqdır ”.

İlham Şabahın sözlərinə görə, bazar belə xaotik ticarətlə əvvəllər də rastlaşıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/gnhgkc

Most Viewed