Mirvari Qəhrəmanlı

Source: Mirvari Qəhrəmanlının şəxsi arxivindən

Caption: Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı: Kəskin hava şəraitində neftçilər taleyin ümidinə buraxılır

“Neftçilər köhnə, təhlükəli dəniz özüllərindən evakuasiya olunmayıblar”

“Sentyabrın 25-i axşam saatlarından 26-sı səhərə kimi Bakıda hava şəraiti pisləşib. Amma güclü külək olacağı bilindiyi halda dənizdə olan neftçilər köhnə, təhlükəli dəniz özüllərindən evakuasiya olunmayıblar”.

Bunu Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata Neft Daşları 3,1 və 5 saylı mədənin özüllərindən, həmçinin Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsindən məlumatlar daxil olub. Neftçilər bununla bağlı narahatlıqlarını bildiriblər.

“Neftçilər deyirlər ki, hava şəraitinin dəyişəcəyi, küləyin surətinin artacağı ilə əlaqadar “Azneft” İstehsalat Birliyindən telefonoqramma daxil olub. Bununla belə, təhlükəli, köhnə dəniz özüllərindən işçilər evakuasiya olunmayıblar. Səhər saatlarında açıq dənizdə küləyin sürəti 25-30 m/s-, dalğanın hündürlüyü 4-5 metr təşkil edib. Güclü yağış yağıb və külək əsib. Dənizdəki stasionar dəniz özülləri beşik kimi yellənir, köşklər su içindədir”, - Qəhrəmanlı söyləyib.

O, hava şəraiti ilə bağlı baş vermiş faciələri xatırladıb və kəskin hava şəraitində neftçilərin taleyin ümidinə buraxıldığını qeyd edib.

Dövlət Neft Şirkətindən isə Meydan TV-yə deyiblər ki, pis hava şəraitində dənizdəki neftçilərin təhlükəsizliyi təmin olunur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/4446vo

Most Viewed