Milli Xalça Muzeyi

Source: sputnik.az

Caption: Milli Xalça Muzeyi

Milli Xalça Muzeyində ustad dərsləri keçirilir

Muzeyə 10 nəfərdən çox qruplar buraxılmır

Azərbaycan Milli Xalça Muzeyi karantindən sonra yenidən fəaliyyətini bərpa edib.

Muzeyin mətbuat xidmətindən bildirilib ki, sərt karantin günlərindən sonra vaxtını xoş, səmərəli və maraqlı keçirmək istəyən hər kəs Azərbaycan Milli Xalça Muzeyinə gələrək zəngin və yenilənmiş ekspozisiya ilə tanış ola, möhtəşəm sənət əsərlərinin gözəlliyindən zövq ala bilər.

Muzeyin uşaq şöbəsindən Meydan TV-yə verilən məlumata görə, muzeydə həftə içi hər gün uşaqlar, yeniyetmələr və böyüklər üçün ustad dərsləri keçirilir. Dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilir. Hər həftə ustad dərslərinin növü dəyişir. Ustad dərslərində xalça toxumaq, naxışlı çətən toxuma texnologiyası, həsir hazırlanması öyrədilir.

Uşaq şöbəsi tərəfindən hər dördüncü gün müxtəlif tamaşalar göstərilir. “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılı” tamaşalarına, surdo tərcümə ilə müşayiət olunan “Cırtdan” kölgə teatrına baxmaq şansı əldə edirlər.

Həmçinin Azərbaycan Milli Xalça Muzeyində tanınmış mütəxəssislərin ayrı-ayrı mövzulara həsr olunmuş maraqlı mühazirələri təşkil olunur.

Muzey I-V günlər saat 10.00-dan 18.00-dək açıq olur. Mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, muzeyə 10 nəfərdən çox qruplar buraxılmır. 6 yaşdan aşağı uşaqlar, 65 yaşdan yuxarı qonaqlar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün muzeyə giriş pulsuzdur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/d9eb48

Most Viewed