Source: Meydan TV

Mənzilə 200 min ödədi, müqaviləsi saxta çıxdı

Mənzilə 200 min ödədi, müqaviləsi saxta çıxdı

“Konstra” MTK tikinti şirkətinə mənzil almaq üçün yüzminlərlə pul ödəyib evsiz qalanlar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayətə gəlib. 2018-2019-cu illərdə “Konstra” MTK-dan mənzil alan vətəndaşlar bir müddət sonra aldadıldıqlarını başa düşüblər. Möhsün Sənani ünvanında “Konstra” MTK-nın elanı “Orxan TİT” MMC ilə əvəz olunur. Sakinlərə “Orxan TİT” MMC, yəni sifarişçi şirkət bildirir ki, onların müqavilələri saxtadır.

“Konstra” MTK-nın təsisçisi reyestr məlumatlarında Bəsrət Abbaslı göstərilir. Şikayətçilərsə deyir ki, tikintini maliyyələşdirən əslində Bəsrət Abbaslının atası Bəhram Abbasovdur. O, Hesablamalar Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiridir.

Baş Prokurorluğun məlumatına görə, “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu yaşayış binasındakı 143 mənzili MTK-nin təsisçiləri ayrı-ayrı şəxslərə qanunsuz satılıb. Əldə edilmiş pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Orxan TİT MMC-nin direktoru Məhərrəm Həsənov Meydan TV-yə bildirib ki, “Konstra” MTK onların da işgüzar nüfuzuna xələl vurub. “Konstra” MTK podratçıdır, satış səlahiyyəti yoxdur. Şirkət alıcılara saxta müqavilələr verib.

“Konstra” MTK müqavilələrin saxta olması ilə bağlı alıcıları məhkəməyə verib. Sakinlərin sözlərinə görə, mənzili kreditlə götürən alıcıların ödənişləri davam etdiyindən onların adı siyahıda yoxdur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8xllxj

Most Viewed