Sona Vəliyeva və Əli Həsənov

Source: google.az

Caption: Sona Vəliyeva və Əli Həsənov

''Mənə bu tapşırığı Sona Vəliyeva verib''

Əli Həsənovun xanımının məhkəmədə dindirilməsi tələb olunur

Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı, “Kaspi” liseyinin təsisçisi Sona Vəliyevanın məhkəmədə dindirilməsi tələb olunub. Bunu tələb edən də S.Vəliyevanın öz işçisi – “Kaspi” liseyinin baş mühasibi Tural Məmmədovdur.

T.Məmmədov “Kaspi”nin keçmiş mühasibi Fərahim Möhbalıyevlə birlikdə həbsdədir. Onlar ötən ilin oktyabrında “Kaspi”nin Bakıxanov qəsəbəsində yerləşən filialından təhsil haqqı kimi ödənilən məbləğdən 565 min manatı mənimsəməkdə ittiham olunur.

T.Məmmədov məhkəmədə Sona Vəliyevanın dindirilməsi barədə vəsatət qaldırarkən etiraf edib ki, ödənişlərin bir hissəsini şəxsi ehtiyaclarına görə götürüb. Lakin götürülən məbləğ 565 min olmayıb, təxminən 350 min olub.

T.Məmmədovun sözlərinə görə, “Kaspi” liseyində maliyyə məsələlərində çox ciddi qanun pozuntuları olurdu. Bu pozuntular da birbaşa rəhbərliyin - təsisçi Sona Vəliyevanın, direktor Elnur Əliyevin göstərişi əsasında həyata keçirilirdi.

“Mən Sona Vəliyevanın, Elnur Əliyevin göstərişlərini yerinə yetirmişəm,” - deyən T.Məmmədov bildirib ki, liseyin təsisçisi dindirilmədən ədalətli araşdırma aparmaq mümkün deyil: “İstintaqda bu məsələlərin heç biri araşdırılmadı, müstəntiq ulduzunu artırsın deyə, hamısını ört-basdır elədi. Mən demirəm ki, günahsızam. Düzdür, etibar olunan məbləği mənimsəmişəm. Amma məbləği şişirtmək lazım deyil. Əməlimdən də peşmanam. Ədalət naminə bura gəliriksə, bəs məni bu cinayətə yönləndirən amillər niyə araşdırılmır? Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı fərman var ki, nağdlaşdırılma dayandırılsın, müəssisələrdə ödənişlər, əməliyyatlar bank yoluyla aparılsın. Buna, qanunlara əhəmiyyət verməyən şəxslər haqqında niyə danışılmır? Məni mənimsəmə etməyə təhrik edən səbəbin kökü niyə araşdırılmır? Mən dəmir barmaqlıqlar arxasından baxıram, onlar istədikləri kimi gəzirlər. Mən pulu öz qərarımla nağd şəkildə yığmamışam ki. Mənə bu tapşırığı Sona Vəliyeva, Elnur Əliyev verib. Qanunsuzluğu yaradan özləridir. Vergidən yayınsınlar, dövlətin büdcəsinə pul verməsinlər deyə, onlarla belə qanunsuzluqlar edirlər. “Kaspi”də davamlı şəkildə vergidən yayınılıb. Əsas pulu alan, verən qalıb bir kənarda, əhəmiyyətsiz şahidlər dindirilib. Xahiş edirəm, təsisçi Sona Vəliyeva məhkəməyə çağırılsın və dindirilsin”.

Məhkəmədə dindirilənlərin əksəriyyəti “Kaspi”nin müəllimləri olub. Onlar dindirmə zamanı təsdiqləyib ki, 1200-1500 manatlıq maaşın 250-300 manatı rəsmi şəkildə maaş kartına köçürülür, qalan məbləği nağd alırlar. Onlardan soruşulub ki, bu, T.Məmmədovun baş mühasib olduğu dövrdə belə olub, yoxsa indi də belə davam edir? Bildiriblər ki, hazırda da vəziyyət əvvəlki kimidir.

Məhkəmə S.Vəliyevanın dindirilməsi barədə vəsatəti baxılmamış saxlayıb.

İddia olunur ki, “Kaspi”nin Bakıxanov filialına 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün ödənilən 1 milyon 366 min manatın 565 mini mənimsənilib.

T.Məmmədov və F.Möhbalıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham olunur.

T.Məmmədov özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, mənimsəmə məsələsinin üstü açılandan sonra S.Vəliyeva kabinetinə çağırıb, polisə xəbər verməyəcəyini, ona ödəniş üçün imkan yaradacağını deyib aldatmaqla, 565 mini mənimsəmədiyini yazdırıb, imza atdırıb.

T.Məmmədov onunla birlikdə mühakimə olunan F.Möhbalıyevin günahsız olduğunu deyir.

F.Möhbalıyev da özünü təqsirli bilmir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dy35m2

Most Viewed