None

Source: Facebook

Mehman Hüseynov azadlıqda

Article was updated on :  5 March 2019

Bloger anasının və Elmar Hüseynovun qəbrini ziyarət edib

Martın 2-də bloger Mehman Hüseynov azad olunub.

Bloger azad olunan kimi anası Firəngiz Hüseynovanın və 14 il əvvəl martın 2-də öldürülən jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.

Mehman Hüseynov 2 il sonra həbs müddəti başa çatdığı üçün azadlıqdadır

Source: Meydan.tv

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Ancaq Mehman Hüseynov həbsinin siyasi motivli, sosial şəbəkələrdə məmurlar haqda yaydığı videolarla bağlı olduğunu qeyd etmişdi.

2018-ci il avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib. Məhkəmənin qərarını Apelyasiya Məhkəməsi də hakim Elşad Şamayevin sədrliyi ilə qüvvədə saxlayıb.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Hüseynova qarşı dekabrın 26-da yeni cinayət işi başlanıb. Bu dəfə o, Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirməkdə ittiham edilib. Bloger etiraz olaraq 10 gündən çox aclıq aksiyası keçirib və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.

Nəhayət, yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  5 March 2019
Featured in:  
Shortlink:   http://mtv.re/lul7on

Most Viewed