Source: Google

Məhkəmə: İŞID döyüşçüsünün arvadı və uşaqları Almaniyaya qayıtmalıdır

Berlin məhkəməsi Xarici İşlər Nazirliyinin İŞID döyüşçüsünün almaniyalı həyat yoldaşı və üç uşağının Suriyadan Almaniyaya geri qayıtmasına vasitə olması üçün qərar qəbul edib,- məhkəmənin sözcüsü cümə axşamı bildirib.

“Reuters”-in verdiyi xəbərə görə bu, ölkədə hökumətin tutduğu mövqeyə qarşı ilk belə qərardır.

Məhkəmə nümayəndəsinin sözlərinə görə, ailə Xarici İşlər Nazirliyini qurumun diplomatik nümayəndələri ananın Suriyada kürd nəzarətində olan bölgədən üç uşağı ilə birgə Almaniyaya qayıtmasına kömək etmək istəmədikdən sonra məhkəməyə verib. Almaniya ananı deyil, sadəcə uşaqları geri qaytarmağa razılıq vermişdi.

Məhkəmə deyib ki, Xarici İşlər Nazirliyi geri qaytarma prosesini başlatmazdan əvvəl ilk növbədə ananın və onun uşaqlarının şəxsiyyətini təsdiq etməlidir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/kh46se

Most Viewed