İvan Qolunov

Source: Foto: meduza.io

Caption: İvan Qolunov

''Meduza''nın əməkdaşının nəzarətdə fiziki təzyiqə məruz qaldığı bildirilir

İvan Qolunov satış məqsədilə narkotik maddə saxlamaqda ittiham edilir

Narkotik maddəsilə həbs edilmiş rusiyalı araşdırmaçı jurnalist İvan Qolunov həbsxanada zorakılığa məruz qalıb, - “Guardian” xəbər verir.

Qolunovu müayinə edən həkim deyib ki, onun qabırğası sınıb və o, sarsıntı və hematomadan əziyyət çəkir.

Müstəqil “Meduza” xəbər saytının müxbiri Qolunov cümə günü narkotik maddə iddiasıyla həbs edilib. Qolunovun dostları və həmkarları inanırlar ki, ona qarşı edilən təzyiqlər dövlətin korrupsiya və biznes maraqlarını əhatə edən araşdırmaları ilə bağlıdır.

jurnalisti müayinə edən iki ayrı həkim komandası onun xəstəxənaya aparılaraq rentgen edilməsini məsləhət görüb, lakin polis bu təklifi geri çevirib.

“Qolunovun həbsdə olduğu müddətdə aldığı xəsarətlər qalmaqdadır,”- jurnalistin vəkili Dmitri Culay yazılı mətnlə bildirib.

Qolunov daha sonra Moskva xəstəxanasına aparılıb. Bu barədə bir sıra Rusiya qəzetləri xəbər verib. O, polislə bağlı hesabatı imzalamaqdan imtina etdiyi üçün başına və sinəsinə zərbə endirildiyini iddia edib.

Şənbə günü Qolunova rəsmi olaraq satma niyyəti ilə narkotik maddə saxlamaq maddəsilə ittiham verilib. Bu maddə ilə o, 10 ildən 20 ilədək məhkum edilə bilər.

Polis bildirib ki, Qolunova aid çantada 3,5 narkotik maddə tapılıb. Bundan əlavə iddia edilir ki, Qolunovun Moskvada yerləşən mənzilində 5,42 qram kokain aşkar edilib. Qolunov baş verənlərin həqiqətəuyğun olmadığını deyib və söyləyib ki, narkotik maddələr onun çantasına və evinə yerləşdirilib.

Məhkəmə prokurorların həbs-qətimkan tədbiri tələbini rədd edərək, Qolunovu iki ay müddətinə ev həbsinə məhkum edib. Bu müddət ərzində iddialar araşdırılacaq.

Yüzlərlə adam cümə günü Moskvanın polis bölməsinin qarşısında Qolunovun həbs edilməsinə etiraz edib. Onların əllərində, "Mənim adım İvan Qolunovdur. Mən jurnalistəm. Məni də həbs edin" yazılmış plakatlar olub.

“Polis həmçinin Qolunovdan etiraf bəyannaməsi imzalamasını tələb edib,”- Qolunovun vəkili Culay deyib.

Bildirilir ki, rus müfəttişləri tez-tez şübhəliləri təzyiq altında cinayət işlərini etiraf etməyə məcbur edirlər. Bu zaman "cinayətkarın" məhkumluğu təmin etmək daha da asanlaşır.

Bununla yanaşı, polis iş üzrə məlumatların ictimaiyyətlə paylaşılmaması üçün Qolunovun vəkillərindən gizlilik müqaviləsi imzalamasını tələb edib. Onlar imtina ediblər.

Qolunov Moskva meri müavininin və onun ailə üzvlərinin sahib olduqları daşınmaz əmlaklarla birlikdə geniş sərvətini, Moskva kreditorlarının paytaxtda mənzil alışlarını, onların Moskvanın tullantılarını bölgələrə daşıma planlarını və Rusiyanın cənazə bazarına üst səviyyə səlahiyyətlilərin nəzarətini araşdırırdı.

Qolunov həbsindən əvvəl təhdidlər də alıb.

"İvan Qolunov görkəmli bir tənqidçidir və onun hökumətin korrupsiya cəhdlərini aşkarlayan araşdırmaları açıq şəkildə hakimiyyət orqanlarının işinə yaramamışdı. Göründüyü kimi, o, indi cəzasını çəkir ", “Amnesty International”-ın Rusiya ofisinin direktoru Natalia Zviagina bildirib: "İvan Qolunovun saxlanma şəraiti şübhə doğurur və təəssüf ki, tanış nümunədir".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ey4dvg

Most Viewed