Səbuhi Quliyev

Source: Foto: Meydan TV

Caption: Səbuhi Quliyev

“Maşınla xəsarət yetiriblər, döyüb, qolumu sındırıblar, cəzasız qalıblar”

Göyçay sakini bir neçə gün əvvəl onu döyənlərin cəzalandırılmasını tələb edir

“Qəsdən maşını üstümə sürərək xəsarət yetirdilər, bununla ürəkləri soyumadı, üstümə tökülüşüb vəhşicəsinə döydülər, sol qolumu bir neçə yerdən sındırdılar. Üstümə sürüb mənə xəsarət yetirdikləri maşını bir həmkəndlinin həyətində gizlədərək hadisə vaxtı sınmış işıq faralarını dəyişiblər. Ancaq polis heç bir tədbir görmür, cəzasın qalıblar, ortalıqda gəzirlər, “əcəb eləmişik” deyib, sanki mənə meydan oxuyurlar. İndi də məni tüfənglə vuracaqlarını deyirlər”.

“Altı nəfər birlşərib, məni vəhşicəsinə döyüb”

Göyçay sakini Səbuhi Quliyev Meydan TV-yə danışır ki, aprelin 3-də yaşadığı Qaraməryəm kəndində bir həmkəndlisi tərəfindən avtomobillə qəsdən vurulub. Onu avtomobillə vuran şəxs və sonuncunun qohumları elə hadisə yerindəcə Səbuhi Quliyevə döyüblər. Nəticədə ağır bədən xəsarətləri alıb, sol qolu və sol biləyi sındırılıb. Səbuhi Quliyev deyir, baş verənlərlə bağlı polisə şikayət etsə də, tədbir görülmür:

“Hadisə Qaraməryəm kəndində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin müşahidə kamerasına da düşüb. Həmin şəxslər Göyçay Rayon Polis Şöbəsində bir neçə saat saxlanıldıqdan sonra heç nə baş verməyibmiş kimi azadlığa buraxıldılar. Polisə deyirəm, bunlar məni öldürmək üçün maşınla vurublar, sonra da altı nəfər birləşib vəhşicəsinə döyüblər, bədənimi sınıq-sınıq ediblər. Daha nə etməli idilər ki, siz bunları həbs edəsiz, mütləq öldürməliydilər? Evdən çölə çıxa bilmirəm, ətrafımda dolaşırlar ki, növbəti dəfə tutub döysünlər. Həyatım təhlükədədir. Polis deyir, hələ araşdırma aparılır. Halbuki, aldığım xəsarətlər, müşahidə kamerasındakı görüntülər dərhal cinayət işi başlanması üçün kifayət edirdi”.

Göndəriş

Göndəriş

Source: Meydan TV

“Səbəb dönərxanadan şikayət etməyib olub”

Səbuhi Quliyevin sözlərinə görə, qarşı tərəflə münaqişənin dərinləşməsinə səbəb kənddəki dönərxananın onun şikayəti əsasında bağlanması olub:

“Bir həmkəndlimiz kənddə dönərxana işlədir, dönərxanada kustar üsulla düzəldilmiş qaz balonundan istifadə edir. Bunun təhlükəli tərəfi barədə dönərxana sahibini dəfələrlə xəbərdarlıq etmişəm, əvəzində mənə “özüm bilərəm, get işinlə məşğul ol”, - deyib. Halbuki, bu, onun şəxsi məsələsi deyildi, söhbət oradan dönər alıb yeyən insanların həyatından gedirdi. Mən də məcbur qalıb bu barədə aidiyyəti qurumlara məlumat verdim. Dönərxana sahibi də gedib məni ona yaxın olan həmin bu ailəyə şikayət edib. Gerisi barədə yuxarıda danışdım. Ancaq indi görürəm ki, polis də məni maşının təkərləri altında qoyan, bu azmış kimi, üstümə tökülüşüb döyən ailəni cəzalandırmaq istəmir. Nəticədə həmin adamlar məni tüfənglə vuracaqları ilə hədələyirlər, sənin ölümün bizim əlimizdən olacaq, deyirlər”.

“Ekspertiza rəyindən və işin digər halları araşdırıldıqdan sonra...”

Səbuhi Quliyev onu döyən şəxslərin həbs olunması, özünün təhlükəsizliyinin təmin edilməsi üçün Daxili işlər nazirinə və Baş prokurora müraciət edib.

Göyçay Rayon Polis Şöbəsindən bildirilib ki, aprelin 3-də Qaraməryəm kənd sakini Səbuhi Quliyev şöbəyə ərizə ilə müraciət edərək həmin kənddə yaşayan Qasımovlar ailəsi tərəfindən avtomobillə qəsdən vurulduğunu, həmin şəxslər tərəfindən döyülərək xəsarət aldığını bildirib. Polis şikayətçi vətəndaşa ekspertizadan keçməsi üçün müvafiq arayış verib. Şikayətçi olduğu şəxslər şöbəyə çağırılaraq izahatları alınıb. Ekspertiza rəyi şöbəyə daxil olduqdan və işin digər halları araşdırıldıqdan sonra cinayət işi başlanıb-başlanmaması barədə qərar qəbul ediləcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/7p9q1v

Most Viewed