Masallıda insident: Məktəbi şadlıq evinə çevirmək istəyirlər

Masallı rayonunun Kürdəbaz kəndində yaşanan olay yerli sakinlərin narahatlığına səbəb olub. Belə ki, 15 sentyabrda uşaqlarını məktəbə aparan valideynlər kənd məktəbinin bağlandığını və heç kimin içəri buraxılmadığını görüblər. Onlar müvafiq qurumlardan bunun səbəbini öyrənmək istəsələr də, məktəbin niyə bağlandığı deyilməyib və qonşuluqdakı Qarğalıq kəndinin məktəbinə getmələri söylənilib. Sentyabrın 18-də isə Kürdəbazlılar məktəbin yenidən açılmasını tələb etmək üçün etiraz aksiyası keçiriblər. Polis isə insanların sərbəst toplaşma azadlığı hüququnu tapdayaraq onlara mane olub.

Sakinlər deyir ki, 9 ildir fəaliyyət göstərən məktəbi 30 il əvvəl kənd sakinləri öz hesablarına tikiblər. Onlar iddia edir ki, 100-dən artıq şagirdin təhsil aldığı məktəbi şadlıq sarayı kimi işlətmək üçün bağlayıblar.

Masallı Rayon Təhsil Şöbəsindən Meydan Tv-yə verilən məlumata görə isə Kürdəbaz kənd məktəbinin göstəriciləri aşağı olduğundan və binanın təhsil üçün yararlı olmaması səbəbindən Təhsil Nazirliyinin əmri ilə ləğv olunub. Təhsil Nazirliyinin mətbuat xidməti isə sualımızı cavablandırmaqdan yayındı.

Ana səhifəVideoMasallıda insident: Məktəbi şadlıq evinə çevirmək istəyirlər