Manat dollar qarşısında dəyər qazandı

Növbəti valyuta hərracı keçirilib

Source:


Növbəti valyuta hərracı keçirilib

Martın 4-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.

AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib. Beləliklə, manat dollara nisbətən 0,6 faiz möhkəmlənib.

Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Ana səhifəXəbərlərManat dollar qarşısında dəyər qazandı