Malay Baş nazirin həyat yoldaşı hökumətin qərarlarına təsirdə ittiham edilir

Məhkəmə zamanı bir-birilərini görən cütlük qucaqlaşıb.

Source: Foto: Azertac


“O, hökmedən təbiətilə çox böyük təsir gücünə sahib olub”

Malaziyanın keçmiş Baş naziri Nəcib Razakın həyat yoldaşı Rosmah Mansorun korrupsiya ilə bağlı məhkəməsi keçirilib. “Reuters” xəbər verir ki, prokuror məhkəmə zamanı onun hökumətin qərarlarına necə təsir etdiyini izah edib.

“O, özü heç bir rəsmi vəzifə tutmayıb. Buna baxmayaraq, o, hökmedən təbiətilə çox böyük təsir gücünə sahib olub”,- Prokuror Gopal Sri Ram açıqlamasında deyib.

Nəcibin 2018-ci ildə parlament seçkilərində məğlub olmasından sonra keçmiş nazir və onun həyat yoldaşına qarşı kütləvi korrupsiya ittihamları irəli sürülüb. Cütlük ittihamları rədd edir və onları siyasi motivli adlandırırlar.

Nəcib hazırda dövlət fondunun vəsaitlərinin talan edilməsi ilə əlaqəli onlarla korrupsiya və çirkli pul yuyulma ittihamları ilə üz-üzədir.

Məhkəmə zamanı bir-birilərini görən cütlük qucaqlaşıb.

Rosmah “Jepak Holdings Sdn Bhd” şirkətinə günəş enerjisi layihəsini təmin etmək üçün 194 milyon ringgit (45.93 milyon dollar) məbləğində rüşvət almaqda ittiham edilir.

Bunlardan başqa prokurorlar Rosmahı 187 milyon ringgit pulu Nəcibə siyasi ianə olaraq ödəməkdə günahlandırır. Bununla yanaşı o, 6,5 milyon ringgit məbləğində iki dəfə rüşvət alıb.

Məhkəmə prosesi bazar ertəsi günü başlamalı idi, lakin Rosmah məhkəmədə iştirak etmək üçün çox xəstə olduğu üçün təxirə salınıb.

Yaşıl çiçəkli ənənəvi malay paltar geyinən və başörtülü olan Rosmah məhkəmənin ilk günündə sakit görünüb.

Ana səhifəDünyaMalay Baş nazirin həyat yoldaşı hökumətin qərarlarına təsirdə ittiham edilir