Lənkəranda: İmtahana gələn 7 tələbəni gün vurub

Son günlər Azərbaycanın bəzi rayonlarda temperatur müsbət 40 dərəcəyə yüksəlib.

Source: google.az


Onlar xəstəxanaya qaldırılsalar da, sonradan evə buraxılıblar

Lənkəran Dövlət Universitetinin 7 tələbəsini gün vurub. Azadlıq Radiosunun xəbərinə görə, iyunun 24-də universitetdə imtahan zamanı bəzi tələbələrin halı pisləşib. Onlar günün birinci hissəsi Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib.

Bir neçə saatdan sonra onların hamısı evə buraxılıb.

Xəstəxanadan bildiriblər ki, tələbələr səhər saatlarında xəstəxanaya özləri müraciət ediblər:

“Onlar dərhal həkimlər tərəfindən müayinə olunub və hamısına “günvurma” diaqnozu qoyulub. Lazım olan tədbirlər görüləndən sonra müraciət edənlərin hamısı evə buraxılıb”.

Lənkəran Azərbaycanın cənub rayonlarından biridir. Son günlər Azərbaycanın bəzi rayonlarda temperatur müsbət 40 dərəcəyə yüksəlib.

Ana səhifəXəbərlərLənkəranda: İmtahana gələn 7 tələbəni gün vurub