Kürdəmir rayonu

Source: Foto: arxiv

Caption: Kürdəmir rayonu

Kürdəmirdə: Kiçik həcmli avtobuslarda şagirdlər bir-birinin belində gedir

Mərkəz uşaqların taleyindən narahat olduğunu bildirir

“Kürdəmirdəki şəhər 1 saylı orta məktəb təmirə bağlanıb. Buna görə şagirdlər 3 saylı, 4 saylı və Atakişili kənd məktəblərinə yerləşdirilib. Həmin məktəblərə getmək üçün ictimai nəqliyyat yox dərəcəsindədir. Valideynlər alternativ vasitələrdən istifadə edirlər. Kimi özü aparır, kimi taksi xidmətindən istifadə edir, gücü çatmayan da avtobula aparmalı olur. Sahibkar avtobus sürücüləri bundan istifadə edir. Onlar məktəb rəhbərliyi ilə heç bir müqavilə bağlamadan şagirdlərin daşınmasında iştirak edirlər. Kiçik ölçülü avtobuslara həddən artıq şagir mindirirlər. Bu, təhlükəlidir”.

Bu barədə dekabrın 6-da Kürdəmirdə fəaliyyət göstərən Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi məlumat yayıb.

Mərkəz Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir Rayon Yol Polisi İdarəsi və Kürdəmir Təhsil Şöbəsinə müraciət edib. Şagirdlərin daşınmasının təhlükəli olduğunu, bu barədə tədbir görmələrini istəyib.

Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin məlumatında deyilir ki, onlar dəfələrlə bu sahədə monitorinq aparıblar. Sürücülərə şagirdlərin daşınması ilə bağlı iradlarını bildiriblər. Lakin sürücülər onların dediklərini və iradlarını gözardı ediblər:

“Kiçik həcmli avtobuslara (RAF) 50 nəfərdən artıq şagird mindirirlər. Uşaqlar bir-birinin belində gedir. Ayaq üstə duranlar olur. Adi bir əyləcdə neçə nəfər yıxılır. Bu, təhlükəli haldır və yolverilməzdir. Nəticələri çox acı ola bilər”.

Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi bildirir ki, sürücülərə irad bildirəndə çox pis cavab verirlər:

“Deyirlər: “Sən kimsən, bu xətti pulla almışam. İstədiyim kimi sürürəm. Heç kim, eləcə də siz bizə qarışa bilməzsiniz”. Biz hüquqi dövlətdə yaşayırıq. Uşaqlar bizim gələcəyimizdir. O uşaqları qorumaq bizim borcumuzdur. Aidiyyatı qurumları və medianı şagirdlərin təhlükəsizliyini qorumaq üçün monitorinq aparmağa və ya bu məsəlini diqqətdə saxlamağa dəvət edirik. Araşdırın, tədbir görün, ən azı acı nəticələnəndən sonra heyifsilənməmək üçün”.

Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzov Meydan TV-yə deyib ki, 1 nömrəli məktəb dövlətin vəsaiti hesabına təmir edilir. Buna görə müvəqqəti bağlanıb və şagirdlər digər 3 məktəbə yönləndirilib:

“Həmin o məktəblərin 1 saylı məktəblə arası 600-700 metr məsafədir. Uzaqda deyil. Əvvəl necə gedirdilərsə, indi də eyni cür gedə bilərlər, problem yoxdur. Atakişili kəndi də şəhərə bitişik kənd olduğundan, o məktəb də uzaqda deyil”.

Avtobuslara həddən artıq uşaq mindirilməsinə gəlincə, Tacəddin Novruzov deyir ki, bu barədə deyilənlər həqiqəti əks etdirmir:

“Marşurtlar var və tez-tez işləyir. Həmin marşurtlara 50-60 şagirdin mindirilməsindən isə söhbət belə gedə bilməz”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5gnnns

Most Viewed