Source: Sosial şəbəkə

Kübra Əliyeva kinoya çəkilməyəcəyini deyir

Əməkdar artist: "Səhhətim imkan vermir"

Əməkdar artist Kübra Əliyeva kinoya çəkilməyəcəyini deyir.

Aktrisa Meydan TV-yə bildirib ki, buna səhhəti imkan vermir.

“Mənə baxan, üzdən yaxşı görür. Amma daxildəki Kübranı görmürlər, toparlanıram. Ağır sınaqlardan keçdim. Özümü qoruyuram. Allah ömür veribsə, yaşayacağam. İnsanlar bu dünyaya gəlir və gedir. Həyat elədir ki, dövr edir. Yeni nəsillər gəlir, biz köhnəlib, qocalıb gedirik. Bu, həyatın qanunudur”, - deyə o bildirib.

Süd vəzi xərçəngindən ağır əməliyyatlar keçirən Kübra Əliyeva hazırda özünü yaxşı hiss edir.

Azərbaycan teatr və kino aktrisası Kübra Əliyeva 1950-ci ildə Gəncədə doğulub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/f7kexn

Most Viewed