Haşim Taçi

Source: google.az

Caption: Haşim Taçi

Kosovo prezidenti istefa verib

Haşim Taçi ittiham edildiyi cinayət əməli təsdiqini taparsa, istefa verəcəyini söyləmişdi

Kosovo Prezidenti Haşim Taçi istefa verib. Səbəb müharibə cinayətlərində suçlanmasıdır.

CNN yazır ki, Haşim Taçi istefasını noyabrın 5-də keçirdiyi mətbuat konfransında açıqlayıb. O, bu addımı vədinə uyğun olaraq atdığını deyib. Prezident daha öncə ittiham edildiyi cinayət əməli təsdiqini taparsa, istefa verəcəyini söyləmişdi.

Haşim Taçi konfransda Kosovo xalqını sakit olmağa çağırıb:

"Mənə inanan və 30 illik azadlıq, müstəqillik və dövlətqurma səylərimizdə yanımda olan, dəstəkləyən hər kəsə öz və ailəm adından təşəkkür edirəm", - Haşim Taçi bidirib.

O, Kosova vətəndaşlarını ümidlərini itirməməyə və ölkənin son 30 ildə qazandığı azadlıq, müstəqillik və dövlət quruluşu barədə düşünməyə çağırıb. Haşim Taçi özünə və yoldaşlarına qarşı açılan ittiham aktını "Kosovonun azadlığı və quruluşu üçün ödənilən kiçik bir hesab" adlandırıb. Sonra vəzifəsindən istefa etdiyini elan edib.

Taçi Haşim Kosovo Azadlıq Ordusunun (UCK) komandirlərindən olub. Bu etnik alban partizan qrupu 1998-99-cu illər müharibəsində Belqrad qüvvələrinə qarşı vuruşub.

Xüsusi Prokurorluq Taci və digər şübhəliləri “100-ə yaxın qətl”ə, eləcə də “insanların məcburi yoxaçıxması, təqibi və işgəncə görməsinə” görə məsuliyyət daşıdığını bildirir.

İddia olunan cinayətlərin Kosovo albanları, serb, roma və digər etniklərdən, siyasi opponentlərdən yüzlərlə qurbanı olub.

Haşim Taçi indiyədək hər hansı hərbi cinayətdə əli olmadığını bildirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vr1p6a

Most Viewed