Koronavirus

Source: google.az

Caption: Koronavirus

Koronavirusdan daha bir həkim həyatını itirib

Ölənlər arasında Tamerlan Qarayevin həkim bacısı da var

Noyabrın 24-də isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Əlihüseyn İbrahimovun koronavirusdan həyatını itirdiyi bildirilir. Bu barədə həkimin yaxınları məlumat yayıb.

“Son 10 gündə 3 həkim, 2 tibb bacısı COVID-19 infeksiyasına yoluxub. Həkimlərdən biri Klinik Tibbi Mərkəzdə (“Semaşko”), digərləri isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnsititunda çalışıb”. Bunu Meydan TV-yə koronaviruslu xəstələri müalicə edən həkimlərdən biri söyləyib.

Onun sözlərinə görə, ölkədə koronavirusun ikinci dalğası başlayandan tibb işçiləri arasında da yoluxmalar qeydə alınır:

“Ağciyər Xəstəlikləri İnsitutu ağır viruslu xəstələrlə işləyən müəssisələrdən biridir. Virusun qeydə alındığı gündən bir neçə tibb bacısı və həkim də vəfat edib. İndi isə yoluxan tibb işçiləri ilə bağlı məlumat verilmir”,- adının açıqlanmasını istəməyən həkim qeyd edib.

Bu ay koronavirusdan vəfat edən həkimlərdən biri də Nizami rayonundakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Leyla Yelmar qızı Qarayevadır. Leyla Qarayeva Azərbaycanın Çin Xalq Respublikasında, Hindistan Respublikasında və İndoneziya Respublikasındaki fövqaladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin bacısıdır.

Bu barədə Meydan TV-yə ailəyə yaxın mənbə məlumat verib.

Adının açıqlanmasını istəməyən başqa bir həkim qeyd edib ki, virusa yoluxan və ağır vəziyyətdə olan həkimlərin adlarını açıqlayaraq yardım istəyə bilmirlər. Bu, konkret tapşırıqdır: “Tibb bacılarından biri orta yaşlıdır, öhdəsində uşaqları var. TƏBİB həkimlərin yoluxması ilə bağlı xəbərləri gizlətməkdənsə, ailələrinin qayğısına qalmaq üçün təkliflər irəli sürməlidir”.

Elmi-Tədqiqat İnstitutundan yoıuxmalarla bağlı TƏBİB-lə əlaqə saxlanılmasını söyləyiblər. TƏBİB-dən isə sorğu cavablandırılmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/3fhucm

Most Viewed