Koronavirus

Source: arxiv

Caption: Koronavirus

Koronavirus Cənubi Qafqazda və dünyada

Azərbaycanda 4189 nəfər yoluxub, 40 nəfər vəfat edib

Dekabrın 3-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4189 yeni yoluxma faktı qeydə alınıb.

2072 nəfərin sağalaraq evə buraxıldığı bildirilir.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib: “İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 989-dur”.

Qərərgah bildirir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test icra olunub.

Gürcüstanda

Gürcüstanda isə ötən sutkada koronavirusa 4260 yeni yoluxma halı qeydə alınıb. 2947 nəfər müalicə olunaraq sağalıb, 45 pasiyent isə vəfat edib.

Gürcüstan

Gürcüstan

Source: google.az

Bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 147 636 nəfərə çatıb. Onların da 124 568-i sağalıb, 1387-si isə ölüb.

Hazırda karantin rejimində 1 974, stasionar nəzarətdə 6 561 nəfər saxlanılır. 3 867 nəfər isə xüsusi otellərdə müalicə alır.

Ermənistanda

Ermənistanda isə son bir gündə daha 1 277 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 138 508 olub.

Ermənistan

Ermənistan

Source: arxiv

Ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2254-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 567-yə yüksəlib. İndiyədək 113 228 nəfər infeksiyadan sağalıb.

Rusiyada

Rusiyada son bir gündə daha 28 145 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Rusiya

Rusiya

Source: google.az

Bildirib ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 375 546 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 554 nəfər artaraq 41 607-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 859 851 nəfər sağalıb.

Amerikada

ABŞ-da koronavirusdan ölənlərin sayı rekord həddə çatıb. “The New York Times” yazır ki, son bir gündə ABŞ-da COVID-19-a yoluxan 2 760 nəfər ölüb. Bununla da bu il aprelin 15-də qeydə alınan antirekord (2 752 nəfər) yenilənib.

ABŞ

ABŞ

Source: google.az

Beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da 13,9 milyondan çox yoluxma qeydə alınıb. Onlardan 273 316 nəfər ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.

İspaniyada

Bir sıra Avropa ölkələri koronavirusa görə yeni il şənliklərini qadağan edib. İnsanların bir yerə toplanmasına məhdudiyyət qoyub.

İspaniyanın hakimiyyət orqanları koronavirus pandemiyası ilə əlaqədar Yeni il bayramında da qüvvədə olacaq bir sıra məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.

İspaniya

İspaniya

Source: google.az

Məhdudiyyətlərə əsasən, 10-dan çox insan bayramı birlikdə qeyd edə bilməyəcək. Eyni zamanda, yalnız qohumlar və ən yaxın dostlar toplaşa bilər.

“Milad Bayramında, Yeni il gecəsində, yəni 24, 25 , 31 dekabrda və 1 yanvarda 10-a qədər insanın qrup şəklində toplaşmasında məhdudiyyətlər olacaq. Hərəkətə məhdudiyyət saat 01:30-dan tətbiq ediləcək", - İspaniyanın səhiyyə naziri Salvador İlya mətbuat konfransında bildirib.

Son iki həftə ərzində bu ölkədə koronavirusa 118 min yeni yoluxma qeydə alınıb.

İtaliyada

İtaliya hökuməti isə Milad və Yeni il səfərlərini qadağan edəcək. Səhiyyə naziri Roberto Speransa bildirib ki, hökumət koronavirusla əlaqədar olaraq məhdudiyyətləri sərtləşdirəcək, həmçinin səfərləri qadağan edəcək.

İtaliya

İtaliya

Source: google.az

“Miladı və ilin sonunun bayramlarını qarşılamaq üçün nəzərdə tutulmuş məhdudiyyətlər sərtləşdirilməlidir”, - Speransa deyib.

Onun sözlərinə görə, vətəndaşlar arasında vacib olmayan əlaqələri maksimum məhdudlaşdırmaq lazımdır. Buna görə bayramlarda ölkələrarası səyahətlər qadağan ediləcək. 25 və 26 dekabrda, həmçinin 1 yanvarda isə bu qadağa şəhərlərarası səfərlərə də tətbiq olunacaq.

İtaliyada koronavirusa 1 620 901 insan yoluxub, 784 595 pasiyent sağalıb, 56 361 insan virusun qurbanı olub.

Almaniyada

Almaniya hakimiyyəti isə ölkədə tətbiq olunan karantin rejimini 10 yanvara qədər uzatmağı planlayır. Almaniya kansleri Angela Merkel bildirib ki, karantin məhdudiyyətləri yeni növ koronavirusun yayılması ilə yaranmış vəziyyətin saxlanılması vaxtı uzadıla bilər.

Merkelin sözlərinə görə, Almaniya hakimiyyəti karantini 10 yanvara qədər uzatmağa razıdır. Bu, o deməkdir ki, Almaniyada da kütləvi bayram tədbirlərinə karantin səbəbindən məhdudiyyətlər tətbiq ediləcək.

Angela Merkel

Angela Merkel

Source: google.az

Noyabrın əvvəllərindən Almaniyada barlar və restoranlar, idman zalları və hovuzlar, muzeylər və teatrlar bağlanıb. Mehmanxanalar yalnız işi ilə əlaqədar olaraq səyahət edən müştəriləri qəbul edir.

Almaniyada pandemiya ərzində koronavirusa 1,1 milyondan çox yoluxma aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

“Əgər Avropa ölkələri indi lazımi infrastrukturu qurmasalar, 2021-ci ilin əvvəlində onları COVID-19-un üçüncü dalğası gözləyir”, - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarron xəbərdarlıq edib.

O, Avropanın koronavirusun birinci dalğasını nəzarət altına almağı bacardığını, ikinci dalğada bunu edə bilmədiyini söyləyib: “Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar”.

Koronavirus

Koronavirus

Source: google.az

ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.

Daha əvvəl təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirmişdi ki, oktyabr ərzində koronavirusa yoluxanların sayı pandemiyanın yarım ilinin göstəricilərini ötüb.

Xatırlatma

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dekabrın 3-nə olan məlumata görə, dünyada 63,719,213 nəfər koronavirusa yoluxub.

Onlardan 1,482,084 nəfəri ölüb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dofo8w

Most Viewed