Source: rbc.ru

Komik İdrak Mirzəlizadə Rusiyada ömürlük arzuolunmaz şəxs elan edilib

Məqalə BBC saytında dərc olunub.

Rusiyalı komiklər Mirzəlizadəni dəstəkləyiblər

Rusiya Daxili İşlər Nazirliyi Belarus vətəndaşı İdrak Mirzəlizadəni ölkə ərazisində arzuolunmaz şəxs elan edib. O, bundan əvvəl nifrət oyadan zarafat ittihamı ilə 10 sutkalıq inzibati cəza alıb.

Rusiyada Mirzəlizadənin ömürlük arzuolunmaz şəxs elan edilməsi barədə qərar alınıb, belə ki, komik “öz ictimai çıxışında rus xalqının nümayəndələrinə münasibətdə nifrət və düşmənçilik oyadan, onların şərəf və ləyaqətinə toxunan ifadələrə yol verib”, – DİN-də məsələyə aydınlıq gətiriblər.

“Bununla bağlı olaraq, onun Rusiya Federasiyası ərazisində yerləşməsi ictimai asayişə, digər şəxslərin haqlarına və qanuni maraqlarına təhlükə doğurur”, – qurumun bəyanatında deyilir.

Beləliklə, ölkədə olması arzuolunmaz elan edilən xarici vətəndaş deportasiyaya məruz qalıb. Məlum qərarla bağlı üç ay ərzində məhkəmə qərarına qarşı şikayət vermək olar.

“Mirzəlizadə haqqında alınmış qərardan sonra Rusiyadan çıxmalıdır, əks-halda deportasiya olunacaq”, – hüquq-mühafizə orqanının əməkdaşı TASS-a müsahibəsində deyib. Onun sözlərinə görə, oturum izni ləğv olunur.

Mirzəlizadənin nümayəndəsi BBC-nin suallarına cavab verməkdən imtina edib. Onun tanışı “Mediazona”ya komikin təhlükəsiz vəziyyətdə olduğunu söyləyib, lakin harda yerləşdiyini dəqiqləşdirməyib. Daha bir tanışın məlumatına görə, Mirzəlizadə hazırda “nə Rusiyadadır, nə də Belarusda”.

Belarus vətəndaşı olan azərbaycanlı İdrak Mirzəlizadənin 2021-ci ilin mart ayından Rusiyada oturum izni olub.

Mirzəlizadəni avqustun 9-da “YouTube”da yayınlanan “Qovlama” şousunda səsləndirilən zarafata görə nifrət doğurması ittihamı ilə (RF İnzibati qanun pozulmaları barədə Kodeksin 20.3.1. maddəsi ilə) 10 sutkalıq həbs ediblər. Prokurorluq komikin necə yaşayış yeri axtarması və kirələdiyi evdən çirkli döşəyi tullaması barədə hekayəsində şəxslərin milli zəmində alçaldılması əlamətləri aşkarlayıb.

Komik günahını boynuna almayıb. Mirzəlizadə məhkəmədə deyib ki, çıxışı ksenofobiyanın ələ salınmasına yönəlib, bununla belə, zarafatının toxuna biləcəyi adamlardan üzr istəyib.

Mirzəlizadə söyləyib ki, “kontekstdən uzaqlaşmış” çıxış fraqmenti sosial şəbəkələrdə yayıldıqdan sonra internetdə minlərlə hədə-qorxu mesajı alıb, üstəlik Moskvanın mərkəzində hücuma məruz qalıb.

Avqustun ortalarında rusiyalı komiklər Mirzəlizadəni dəstəkləyiblər. Belə ki, onlar “Zarafat cinayət deyil” videoçarxı çəkərək, “Stand-Up Club #1” qrupunun kanalında yerləşdiriblər. Videoçarx “İdrak düşmən deyil” cümləsinin təkrarlanması ilə bitir.

Sosial şəbəkə istifadəçiləri Mirzəlizadənin DİN-in Rusiyada ömürlük arzuolunmaz şəxs elan edilməsi barədə qərarına hərarətlə reaksiya veriblər.

“İdrak Mirzəlizadə” söz birləşməsi Moskva vaxtı ilə 15.00-da Rusiya “Tvitter”ində birinci, “Rusiya DİN-də” isə ikinci yer tutur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/lvjsev

Most Viewed