Filipp Kirkorov

Source: Ria novosti

Caption: Filipp Kirkorov

Kirkorovun vəkili: Litvanın sənətçiyə qadağası Rusiyaya təzyiqdir

Article was updated on :  18 June 2021

"“Зайка, моя” və “Цвет настроения синий” mahnıları bir ölkə üçün nə kimi təhlükə yarada bilər?"

Rusiyanın Xalq artisti Filipp Kirkorovun vəkili Aleksandr Dobrovinskiy Litva hökumətinin sənətçiyə 5 il müddətində qadağa qoymasını şərh edib.

O, Litva hökumətinin bu addımını Rusiyaya qarşı təzyiq adlandırıb.

“Зайка, моя” və yaxud “Цвет настроения синий” mahnıları bir ölkə üçün nə kimi təhlükə yarada bilər? Bu, gülməlidir”, - o belə deyib.

Filipp Kirkorovun 2021-ci ilin iyununda Litvanın Vilnüs və Klaypeda şəhərlərində konserti gözlənilirdi.

Litva Daxili İşlər Nazirliyi bu il yanvarın 19-da ifaçıya 5 illik qadağa qoyub.

Litva Xarici İşlər Nazirliyinin rəhbəri Gabrielyus Landsbergis isə açıqlamasında Kirkorovun ilhaq edilmiş Krıma dəfələrlə səfərdə olmasını, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini bilərəkdən inkar etməsi kimi qəbul etdiyini demişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  18 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/360270

Most Viewed