Source: meydan.tv

Kinotənqidçi aktyordan polisə şikayət edib

Article was updated on :  13 October 2021

Sevda Sultanova: “Normal polemika aparmaq əvəzinə təhqir edir”

Kinotənqidçi Sevda Sultanova aktyor Hikmət Rəhimovu polisə verib.

O, Meydan TV-yə açıqlamasında bildirib ki, 2021-ci ilin avqustunda “kulis.az”da “Teatrlarımızı kimlər məzara qoyur?” başlıqlı yazısında aktyorun teatrlarlarla bağlı söylədiyi fikirləri tənqid edib.

Tənqidə səbəb isə Hikmət Rəhimovun “news24.az”a verdiyi açıqlama olub.

Aktyor deyib ki, teatrlar açılsa da, iki il öncəki tamaşalarını göstərəcəklər: “Bunlar yığılmağa yer axtarır. Əllərində bir dənə tamaşaları yoxdur ki, gürcünün, erməninin qabağına çıxara bilsinlər. İl yarımdır ki, maaş aldıqlarına görə dövlətə təşəkkür eləməlidirlər. Belələrinə elə yaxşı edib teatrları açmırlar”.

Sevda Sultanovanın yazısından sonra Hikmət Rəhimov “Facebook” səhifəsində ona qarşı təhqir və təhdid ifadə edən status paylaşıb: “Həmin yazıdan bir neçə gün sonra Hikmət Rəhimov məni, dostlarımı təhqir və təhdid edən status yazmışdı. Az sonra isə statusu silmişdi. Onun statusundan xəbərim olmayıb. Dostlar statusu “screen” etmişdilər. Həmin vaxt rayonda idim. Sentyabrda Bakıya qayıdandan sonra polisə şikayət ərizəsi verdim. Məsələ həll olunduqdan sonra hansı rayon şöbəsinə şikayət etdiyimi açıqlayacağam. Məndən başqa bir neçə dostum da şikayət ərizəsi yazıb. Nəticə olandan sonra daha geniş açıqlama verəcəyəm”.

Sevda Sultanova bildirib ki, məsələdə onu narahat edən məqam, tanınmış incəsənət adamının sosial məsuliyyət hiss etməməsidir.

O, hesab edir ki, ictimai yükü olan şəxslər, sənət adamları danışdıqlarının, yazdıqlarının məsuliyyətini daşımalıdır: “Mən bu addımımla istəyirəm ki, bir presedent yaransın, nümunə olsun. Əgər səni tənqid edirəmsə, mənə intellektual şəkildə, arqumentlərlə cavab ver. Hikmət deyir ki, ermənilərin qabağına çıxarılacaq tamaşamız yoxdur. Mən də sual verirəm ki, Hikmət hansı erməni tamaşasına baxıb? Birinin adını çəksin və peşəkar şəkildə analiz etsin ki, hansı cəhətləri ilə üstündür? Normal polemika aparmaq əvəzinə təhqir edir. Azərbaycanda təkcə teatr sahəsində yox, çox sahədə, misal üçün, kinoda da ciddi problemlər var. Hikmət Rəhimov bir aktyor kimi indi filmlərdə çəkilir. Sual verirəm, çəkildiyin hansı film yüksək kassa yığıb və ya xaricdə festivalda uğur qazanıb? Onun çəkildyi “Üçüncü günün adamı” filminə dövlət bir milyondan çox büdcə ayırıb və Hikmət aktyor kimi işinin keyfiyyətsizliyi müqabilində bu filmdən yüksək qonorar alıb. Bu film heç bir uğur qazanmayıb.

Teatrlara gəlincə, nazirlik vahid, aydın teatr konsepsiyası işləməli və teatrlar bu yöndə fəaliyyət göstərməlidirilər. Yəni problem varsa, bu, tək teatr aktyorunun, rejissorun problemi deyil. Bir də mənə elə gəlir ki, Hikmət “Azdram”dan (Azərbaycan Dövlət Akademik Dram Teatrı-red.) qovulduğu illərdə ilişib qalıb və yeni tamaşalardan xəbərsizdir. Bildiyim qədərilə hazırda bütün teatrlar premyeralara hazılaşır. Hətta noyabrda iki teatr festival və müsabiqəsi keçiriləcək”.

Aktyor Hikmət Rəhimov məsələyə münasibət bildirmək istəməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 October 2021
Featured in:  
Shortlink:   http://mtv.re/qohuh4

Most Viewed