Keyfiyyətcə yeni mərhələ başlayır ...

İbrahim İbrahimli

İbrahim İbrahimli

İbrahim İbrahimli

İbrahim İbrahimli

Ölkənin gələcəyi, xalqın taleyi həll olunan məqamda susmaq olmaz, ortaya vətəndaş mövqeyi qoymaq lazımdır

Kəmiyyət dəyişmələrinin əsaslı keyfiyyət dəyişmələrinə və ya əksinə, keyfiyyət dəyişmələrinin əsaslı kəmiyyət dəyişmələrinə keçməsi inkişafın ümumi dialektik qanunudur. Bu qanun təbiət və cəmiyyətdaxili bütün proseslərdə – köhnənin yeni ilə əvəz edildiyi hər yerdə özünü göstərir.

Vətəndaş mövqeyi cəmiyyətdə keyfiyyət dəyişikliyinin əsas göstəricilərindən biridir. Hələ eramızdan əvvəl, bu məlum həqiqəti qəbul edən qədim yunanlar həlledici məqamlarda mövqesizlik göstərən vətəndaşları qanunla vətəndaşlıq hüququndan məhrum edirdilər, hətta onlar xüsusi imtiyaz sahibi olan aristokratlara belə güzəştə getmirdilər…

Aristotel “Afina politiyası” əsərində yazırdı: “Afina şəhər dövlətində islahatlar aparan Solon iri mülkiyyətçilərin müqaviməti ilə qarşılaşırdı. Bu zaman şəhərdaxili sabitlik pozulur və qaşıdurmalar yaranırdı. Belə həlledici məqamlarda şəhər vətəndaşları baş verən olaylara biganə qalırdılar. Etinadsızlığın qarşısını almaq üçün Solon xüsusi bir qanun qəbul etdi”.

Solon qanunu...

Solon Ağsaqqalar Şurasında Afinanın arxontu seçilmiş və dövlət islahatları keçirmək üçün qeyri-məhdud səlahiyyətlər almışdı. Bu hökmdar qədim yunanların dövlətçilik tarixinə demokratik idarəetmənin əsaslarını qoyan islahatçı kimi daxil olub. Attika əhalisinin borclarının silinməsi, borc əsarətinin ləğvi, iri mülkiyyətin məhdudlaşdırılması “geliyeyanın” – prisyajnılar məhkəməsinin tətbiqi onun adı ilə bağlıdır.

İslahatlar zamanı Afina şəhər dövlətində tez-tez gərginlik yaşanırdı və şəhərdaxili sabitlik pozulur, ara qarışırdı. Bəzi vətəndaşlar isə olayların mahiyyətindən asılı olmayaraq ətrafında baş verənlərə biganə qalır, mövqesizlik göstərir və hər şeylə barışırdılar. Sadəcə, özünü və mülküyyətini qorumaq üçün bir kənara çəkilib seyriçi qalırdılar. Solon belə həssas məqamlarda baş verənlərə laqeyd qalan bu adamlar haqqında xüsusi bir qanun qəbul etdi: “Qarışıqlıq dövründə əlinə silah alıb iki tərəfdən heç birini müdafiə etməyələnlər vətəndaşlıq hüququndan məhrum ediləcək”.

Qanun qəbul edilərkən Afina Ağsaqqallar Şurasında çıxış edən Solon şura üzvlərini inandırmağa çalışırdı ki, Vətənin taleyinə biganə qalan vətəndaşlara (Attikanın bütün yerli kişi sakinləri Afina vətəndaşları hesab edildi) heç bir halda güzəştə getmək olmaz. O deyirdi ki, mövqeyi olmayan insan Afina vətəndaşı ola bilməz. Qoy, lap irticanı müdafiə etsin, amma kənara çəkilməsin, təki bir mövqe seçsin hansısa tərəfi təmsil etsin və mübarizəyə qoşularaq təhlükəni bölüşsün. Daha qorxusuz və rahat bir yerə çəkilib kimin qalib gələcəyini gözləməsin.

VƏTƏNDAŞ MÖVQEYİ…

Bəli, həlledici bir zamanda vətəndaşların ortaya MÖVQE qomaq əvəzinə bitərəf qalıb qırağa çəkilməsi, belə həssas bir məqamda məsuliyyəti öz üzərindən atıb seyriçi qalması bağışlanılması mümkün olmayan bir günahdır. Təcrübə göstərir ki, tarixin amansız sınaqlarına məruz qalan xalqların taleyi məhz çoxluğun biganəliyindən dolayı sual altına düşür, hətta tarix səhnəsindən silinmək təhlükəsilə üz-üzə qalır. Belə ağır durumdan onu yalnız və yalnız VƏTƏNDAŞ MÖVQEYİ xilas edə bilir… Yaxın tarixdə, belə bir təhlükə ilə üzləşən Türkiyəni Atatürkün çağırışı ilə çoxluğun ortaya qoyduğu VƏTƏNDAŞ MÖVQEYİ xilas etdi.

Ədəbiyyat üzrə Nobel mükafatı laureati Tomas Mann 1930 – cu ildə “ Zəkaya müraciət edirəm” adlı şıxışında bütün ziyalıları faşizmə qarşı mübarizədə vahid cəbhədə birləşməyə çağırırdı: “İndi seçim anıdır- ya susub seyriçi qalacaqsan, ya da çağırışa qoşulub mübarizə aparacaqsan. Çünki Almanıyanın gələcəyi, xalqın taleyi həll olunur, belə həlledici məqamda susmaq olmaz, ortaya mövqey qoyub vətəni nasistlərin girovluğundan xilas etmək lazımdır”. Bu müraciətdən sonra faşistlər onu Almaniya vətəndaşlığından və Berlin Universitetinin fəxri doktoru adından məhrum etdilər.

Tomas Mann nasist Almaniyasından mühacirət edərkən yazırdı: 

“Əgər zamanında alman ziyalıları hamılıqla ölkədə baş verən bu olaylara qarşı çıxış edib ortaya vətəndaş mövqeyi qoysayıdılar, indi hər şey baş verən faciələrdən fərqli olardı. Seyriçi qalmağınızla, əslində, siz- alman ziyalısı birbaşa olmasa da, dolayısıyla nasizmə yardımçı oldunuz. Hər biriniz seyriçi mövqeyinizə haqq qazandırıb “mən siyasətlə məşğul olmuram”- dediniz. Hitler tərəfindən Sürixdə, Parisdə, Budapeştdə Bethoveni ifa etmək üçün göndərilən dirijorun “Mən, sadəcə, musiqiçiyəm və musiqidən başqa heç nə ilə məşğul olmuram” deyərək yaxasını kənara çəkməsi də həyasızcasına deyilmiş bir yalan idi. Maraqlıdır, nə yaxşı bu on iki ildə Bethovenin Almaniyanın azadlığına həsr edilmiş “Fidelio” operası qadağan edilmədi? Himmler Almaniyasında “Fidelio” dinləyib rüsvayçılıqdan əlinlə üzünü tutmamaq üçün nə qədər gönüqalın olmaq lazımmış”.

Tomos Mann demişkən…

Ölkənin gələcəyi, xalqın taleyi həll olunan məqamda susmaq olmaz, ortaya vətəndaş mövqeyi qoymaq lazımdır. Sadəcə, mən yazıçıyam və əsər yazmaqdan başqa heç nə ilə məşğul olmuram…mən rəssamam və rəsm çəkməkdən başqa heç nə ilə məşğul olmuram…mən musiqiçiyəm və musiqidən başqa heç nə ilə məşğul olmuram deyib yaxanı kənara çəkməyin adının nə olduğunu mən demirəm; bu adı 100 il bundan əvvəl Tomas Mann qoyub. Bu gerçəkdən də həyasızcasına uydurulmuş bir bəhanədir.

P.S. Səhər bir sərəncam verib axşam mürəkkəbi qurumamış ləvğ etməkdənsə, bəlkə elə birdəfəlik Solon qanunlarını qəbul edib, ölkəni korrupsiyanın girdabından, xalqı bankların girovluğundan, torpaqları erməni işğalından azad edəsiniz, cənablar!

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/15cf8j

Most Viewed