Source: Meydan Tv

Jurnalistlər məhkəməyə buraxılmadığına görə Yunis Səfərov ifadə verməyib

Məhkəmədə qalmaqal yaşanıb

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsilə bağlı keçirilən məhkəmə prosesində jurnalistlərin iştirak etməsinə icazə verilmir. Bu da sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərov və digər təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Onlar bu məhkəmə prosesinin cəmiyyətin diqqətində olduğunu bildirərək, jurnalistlərin buraxılmasını tələb ediblər. Deyiblər ki, əks halda, bu şəraitdə ifadə verməyəcəklər. Nəticədə məhkəmədə qalmaqal yaranıb.

Oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində prokurorlar ittiham aktının ötən iclasdan qalmış hissəsini də elan ediblər. Bu hissə adı təqsirləndirilən şəxslər sırasında olsa da, özü 2018-ci ilin iyulunda saxlanılarkən hüquq-mühafizə orqanları tərəfindən öldürülən Ağa Sərxaniyə aid idi. İddia olunur ki, o da ölkədə dövlət çevrilişi hazırlayan, E.Vəliyevi güllələməklə terror edən dəstənin üzvü olub. Cinayət işinin materiallarında yazılıb ki, A.Sərxani saxlanılarkən təhlükəsizlik əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə öldürülüb.

Məhkəmədə onun hüquqi varisi qismində çıxış edən həyat yoldaşı Sevinc Sərxani ittihamda münasibət bildirərkən deyib ki, yazılanlar cəfəngiyyatdır: “Hərənin üstünə o qədər silah qoyublar, sanki Müdafiə Nazirliyindən söhbət gedir. Bu qədər cəfəngiyyat olmaz. Həyat yoldaşımın mütəşəkkil dəstə üzvü olması, terror hazırlaması, silahlı olması barədə yazılanların hamısı başdan-ayağa yalandır”.

Təqsirləndirilən şəxslərdən Firudin Zeynalov işin istintaqa qaytarılması barədə vəsatət qaldırıb. O bildirib ki, istintaq zamanı prokurorluqda heç bir araşdırma aparılmayıb. F.Zeynalovun sözlərinə görə, üzləşdirmə və başqa vacib istintaq hərəkətlərinin heç biri olmayıb.

Məhkəmə vəsatəti təmin etməyib.

F.Zeynalov məhkəmənin gedişinə də etiraz edib. O bildirib ki, hakim Əfqan Hacıyev hazırlıq iclasında bu işə obyektiv baxacağını, ədalətli hökm veriləcəyini demişdi. Amma proseslər göstərir ki, bu, ancaq sözdür. Çünki vəkillərin vəsatətləri təmin olunmur, jurnalistlər burada baş verənləri işıqlandırmaq üçün məhkəməyə buraxılmır: “Qanunun tələbinə əməl olunmur. Adi bir məsələ deyim. Qanuna görə, üç gün ərzində hazırlıq iclasının qərarı bizə verilməliydi. Amma verilməyib”.

Hakim bildirib ki, pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər var, media nümayəndələri də bu səbəbdən məhkəməyə buraxılmır.

Təqsirləndirilən şəxslər və vəkilləri bununla razılaşmayıb.

Firudin Zeynalov bildirib ki, hazırda məhkəmə zalında 40-dan çox adam var: “Ali Məhkəmənin tövsiyəsinə görə, 10-dan artıq adam olmamalıdır. Burada 40-dan çox adam var. Necə olur, bu adamlara olar, jurnalistlərə yox? Ölkə müharibə şəraitindədir, pandemiya var. Əgər açıq, normal məhkəmə keçirə bilmirsinizsə, qeyri-müəyyən vaxta qədər təxirə salın, vaxtı gələndə normal məhkəmə keçirin. Yəni ya təxirə salın, ya da medianı buraxın. Cəmiyyət bilməlidir ki, Gəncədə nə baş verib, bizim başımıza nələr gətiriblər”.

Digər təqsirləndirilən şəxslər də F.Zeynalovun təklifini dəstəkləyib. Lakin hakim bununla razılaşmayıb.

Daha sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Öncə Yunis Səfərov saxlandığı şüşə kabinədən çıxarılaraq, əlləri qandallı vəziyyətdə gətirilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/1oeo4x

Most Viewed