JMK: İkram Rəhimovla Polad Aslanov dərhal azad edilməlidir

Onun vəkilinin sözlərinə görə, İ.Rəhimov tutulduğu andan həbsdə saxlanılıb və onun həbs cəzası çəkilmiş müddətə daxildir.

Source: Foto: Turan İA


Qurum jurnalistlərin yazılarına görə həbs olunduğu qənaətindədir

“Azərbaycan hakimiyyəti jurnalistlər İkram Rəhimovu və Polad Aslanovu dərhal azad etməlidir və onlara qarşı ittihamları götürməlidir”.

Jurnalistləri Müdafiə Komitəsinin (JMK) bəyanatında bildirilib.

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Realliq" müstəqil xəbərlər saytının baş redaktoru İkram Rəhimovu pul tələb etmək ittihamı ilə beş il yarım müddətə azadlıqdan məhrum edib.

JMK saytı vəkil Elçin Sadıqova istinadən yazıb.

İyunun 14-də Bakının Səbail Rayon Məhkəməsi "Xeberman" və "Press-az" müstəqil xəbər saytlarının baş redaktoru Polad Aslanovun dövlətə xəyanət ittihamı üzrə istintaq gözləntisilə dörd ay həbsdə qalması barədə qərar çıxarıb. O, iyunun 12-də həbs edilib. P.Aslanovu təmsil edən E.Sadıqov deyib ki, müqəssir bilinərsə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən onu ömürlük həbs gözləyə bilər.

"Azərbaycan hakimiyyəti korrupsiya, ədalətsizlik və yalanı ifşa edən müstəqil reportyorlara qarşı durmadan kampaniya aparır və öz repressiv siyasətini gücləndirib", – Nyu-Yorkda Avropa və Mərkəzi Asiya üzrə CPJ proqramının koordinatoru Gülnoza Said bildirib: "Azərbaycan hakimiyyəti jurnalistlər İkram Rəhimov və Polad Aslanovu dərhal azad etməli, onların üzərindən bütün ittihamları götürməldir".

“2018-ci il oktyabrın 26-da polis İ.Rəhimovu həbs edib. Bundan öncə, o, ölkənin hökumətyönlü KİV tənzimləyicisi, Mətbuat Şurasında korrupsiya haqda məqalə dərc etmişdi, JMK bu barədə məlumat vermişdi. Hakimiyyət bildirib ki, İ.Rəhimov və onun həmkarları pul tələb etmək vasitəsi kimi vətəndaşları gözdən salan məlumatlar toplayıblar. Halbuki, İ.Rəhimovun qardaşı JMK-yə bildirmişdi ki, jurnalist öz işinə görə məsuliyyətə cəlb edilib,” –məlumatda vurğulanır.

Onun vəkilinin sözlərinə görə, İ.Rəhimov tutulduğu andan həbsdə saxlanılıb və onun həbs cəzası çəkilmiş müddətə daxildir. E.Sadıqov JMK-ya deyib ki, jurnalist hökmdən şikayət edəcək.

2019-cu il iyunun 12-də Azərbaycan hakimiyyəti P.Aslanov, onun xanımı və qızını sərhəd keçidində saxlayıb. Onlar öz dostlarının toyunda iştirak etmək üçün İrana gedirmişlər, deyə o bildirib. Növbəti gün ölkənin Dövlət Təhlükəsizliyi Xidməti P.Aslanovu məxfi məlumatın xarici dövlətlərin hökumətlərinə satılması məqsədilə əlbirlikdə və İnternetdə hökumət əleyhinə yazıların dərcində ittiham edib. Onun xanımı və qızı qısamüddətli saxlanmadan sonra buraxılıblar. Hakimiyyət P.Aslanovun kamerasını, kompüter və telefonunu müsadirə edib.

E.Sadıqov JMK-ya bildirib ki, P.Aslanov ittihamları rədd edib və deyib ki, jurnalist vəzifəli şəxsləri və qanunları tənqid etdiyi üçün onun əvəzini çıxırlar. E.Sadıqovun sözlərinə görə, jurnalist həbsindən öncə yüksək vəzifəli hökumət məmurlarının iştirakı ilə turizm sahəsində ehtimal olunan korrupsiya haqda araşdırmanı dərcə hazırlayırmış.

Azərbaycan Baş Prokurorluğu JMK-nın məsələnin şərhilə bağlı elektron poçta göndərdiyi sorğuya cavab verməyib.

Müəyyən edilib ki, 2018-ci il dekabrın 1-də JMK-in həbsxanalarla bağlı illik siyahıyaalması zamanı Azərbaycanda on jurnalist öz işi ilə əlaqədar həbsdə olub. (“Turan”İA)

Ana səhifəXəbərlərJMK: İkram Rəhimovla Polad Aslanov dərhal azad edilməlidir