“İyun-iyul ayarında toyların keçirilməsi nəzərdə tutulmayıb”

Brifinqdə iştirak edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mövcud statistikaya əsaslanaraq bildirib ki, iyun və iyul aylarında toyların keçirilməsi nəzərdə tutulmayıb

Source: Foto: sosial şəbəkə


Bu gün daha bir nəfər həyatını itirib

Mayın 18-də Azərbaycanda 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva keçirilən brifinqdə açıqlama verib.

Y.Qarayevə Azərbaycanda hazırda 3387 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu deyib:

“Bu günə qədər 235 910 test edilib”.

Y.Qarayeva əlavə edib ki, Azərbaycanda son həftədə, 11 may-17 may tarixlərində koronavirusa 755 yoluxma halı qeydə alınıb.

Brifinqdə iştirak edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mövcud statistikaya əsaslanaraq bildirib ki, iyun və iyul aylarında toyların keçirilməsi nəzərdə tutulmayıb:

"Sonrakı ayda hansı proseslər olacaq, biz bunu indidən deyə bilmərik".

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qarşıdan gələn yay aylarında çimərliklərin açılacağını deyib:

“Yaxın gələcəkdə çimərliklərin açılması nəzərdə tutulub. Ancaq çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımdır”.

Amma icra başçısı bağçaların açılmasının birinci növbədə sanitar-epidemioloji vəziyyətdən asılı olduğunu deyib:

“Operativ qərargahın üzvləri qərar çıxarsalar, ondan sonra bağçalar istifadəyə verilə bilər. Mənə elə gəlir ki, yaxın perspektivdə bu məsələyə baxılmayacaq".

Ana səhifəSosial“İyun-iyul ayarında toyların keçirilməsi nəzərdə tutulmayıb”