Seymur Həzi

Source: Meydan TV

Caption: Seymur Həzi

“İyrənc”lərin çevrilişi

Yeni oyunun “armudu”

Ölkədə yeni bir müzakirə başlayıb. Əslində isə köhnə mövzudur; guya kimlərsə dövlət çevrilişinə hazırlaşır. Burada “guya” ifadəsi şübhədən daha çox, mövzunun təkrarlanmasına yönəlikdir.

İndi düşünün ki, Azərbaycanda 1993-cü ildə baş vermiş qiyamdan sonra nə qədər “çevriliş” və “çevrilişə cəhd” olub. Məsələn, 1994-cü ilin oktyabırında, 1995 -ci ilin martında, 2005 ci ilin payızında...

Hakimiyyət daxilində bir kənar səs eşidən və ya nəzarətdən kənar varlanan birini sezən kimi, həmin şəxsi “dövlət çevrilişi” ittihamı ilə ya həyatdan məhrum edib, ya azadlıqdan.

Hələ bu siyahıya müxalifətdən zaman-zaman bu maddələrlə ittiham edilib tutulanları da əlavə etsək, böyük bir siyahı yaranar.

Sözümün canı odur ki, “dövlət şevrilşi” şübhəsi yaranması üçün bu hakimiyyətin hər dövr üçün öz məntiqi kriteriyaları olub. Bu dəfə də məntiq xüsusidir.

İlham Əliyev iyrənirmi, bəs xalq?

Əslində, bu suala ehtiyac da yoxdur. Amma hesab edək ki, o, doğru deyir. Belə çıxır ki, o, ölkəni iyrəndiyi adamlarla idarə edir. Özü də elə adamlarla ki hər biri bir səltənət sahiblərdir. Sərvətlərinin təkcə sızıntı məlumatlarını toplayanda milyardlara bərabər olur. Bu adamlar dövlət məmurlardır. Sərvətlərini xalqdan oğurlayırlar. İlham Əliyev onlardan iyrənirsə, görün xalqın onlara münasibəti necədir? İndi bir düşünün, xalq hakimiyyətini bu cür iyrənc adamlarla bölüşmək dövlət hakimiyyətinə zərbə və ya elə dövlət çevrilişi deyilmi? Dövlət məhz çevriləndə, idarəçilik alt-üst olanda belə adamların əlinə düşəndə çevrilmiş, dağılmış, yıxılmış olmurmu? Dövlət o zaman yıxılır ki, heç kim ondan yaxşı heç nə gözləmir və talançıların əlində olur. İlham Əliyevin dediyi kimi iyrənc adamların...

İlham Əliyevin bu bəyanı mahiyyətcə ciddi siyasi nəticələr verəcəkmi? O iyrəndiklərini atacaqmı? Yaxud da onun bu bəyanatından sonra iyrəndikləri ona qarşı birləşmək istəyəcəklərmi? Bütün hallarda ulduzları barışmaz. Məsələn, bu oliqarxlardan birinə mənsub partiya sədri öz partiyasının mətbuat xidmətinə belə bir müsahibə verib: “Hansı “ağıllı” Qarabağ fatehi prezidenti devirməyə cəhd edər”.

Birincisi, görünür ki, bu qəbildən adamlara media üçün qapılar bağlanıb, ona görə də öz təşəbbüsləri ilə ittihamı təkzib etmək istəyirlər. Eyni zamanda bu açıqlama hansısa addımlara reaksiyadır, çünki heç kim hər hansı hərəkətlənmə olmadan diqqəti öz üzərinə çəkəcək fikirlər səsləndirməz. Deməli, “cin şüşədən çıxıb”.

Bu proseslər indi bir nəticə verməsə, az sonra revanşın şahidi olacağımız ehtimalı da var.

Pul: hakimiyyətin mənbəyi və kompası kimi...

İndi hakimiyyətin böyük pullara ehtiyacı var. İlham Əliyevin iyrənəcək dərəcədə varlandırdığı adamların isə sərvətləri sərhəd tanımır. Şərt çox sadədir: bu hakimiyyətin dövründə qazandığın pulları elə bu hakimiyyəti qorumaq və yaşatmaq üçün verməlisən. Vermirsənsə, deməli, artıq bu hakimiyyətin varlığı sənə lazım deyil. O zaman sənin də varlığın hakimiyyət üçün bir əhəmiyyət kəsb etmir. Bu vəziyyətdə varlığı puldan asılı olan adamaların və hakimiyyətlərin savaşı qaçılmazdır...

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/nawag1

Most Viewed