İstintaq altında olan Azad Həsənova vəkillə görüşmək imkanı verilmir

“Polis rəisi vəkil üçün icazə məktubunu imzalamır”

Source:
Azad Hasanov
Azad Hasanov


“Polis rəisi vəkil üçün icazə məktubunu imzalamır”

Artıq altıncı gündür ki, həbs edilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənova öz vəkili ilə görüşməsinə imkan verilmir.

Bu barədə vəkil Osman Kazımov “Bastainfo.az” saytına danışıb.

Onun sözlərinə görə, istintaq orqanı görüş üçün zəruri olan icazə məktubunu vermir:

“Görüşə icazə məktubu almaq üçün istintaqın getdiyi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişəm. Müstəntiqlər deyir ki, rəis icazə məktubunu hələ imzalamayıb. Bu məktub olmadan istintaq altında olan şəxslə görüşmək mümkün deyil”.

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib.

Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Xətai rayon Məhkəməsində oktyabrın 12-də Azad Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri

seçilib.

Ana səhifəXəbərlərİstintaq altında olan Azad Həsənova vəkillə görüşmək imkanı verilmir