İstanbulun fəthi davam edir

Source: JAMnews



Təkrar bələdiyyə seçkiləri meqapolis sakinlərinə nə vəd edir?

İstanbulda təkrar bələdiyyə seçkilərinə sayılı günlər qalmışkən, rəqiblər arasında qarşılıqlı ittihamlar artır.

İyunun 23-də baş tutacaq təkrar seçkilərdə iqtidarda olan AKP-nin namizədi Binali Yıldırım və ana müxalifəti təmsil edən CHP-nin namizədi Əkrəm İmamoğlu yenidən qarşı-qarşıya gələcək.

Türkiyədə bələdiyyə seçkiləri martın 31-də baş tutub. Seçkidən dərhal sonra bütün seçki dairələri üzrə nəticələr açıqlansa, qaliblər bəlli olsa da,



İstanbulla bağlı nəticələrin açıqlanması iki həftədən çox çəkib



. Uzun mübahisələrdən, təkrar səs sayımlarından sonra aprelin 17-də Mərkəzi Seçki Komissiyası Əkrəm İmamoğlunu qalib elan edib. Açıqlanan nəticələrə əsasən, CHP namizədi Əkrəm İmamoğlu 48,80 faiz, AKP namizədi Binali Yıldırım isə 48,55 faiz səs toplayıb.

Amma İmamoğlu İstanbulu cəmi 19 gün idarə edə bilib. AKP-nin şikayəti MSK tərəfindən qəbul edilib və iyunun 23-də təkrar seçkilər təyin olunub.

Seçkiqabağı proses yetəri qədər gərgin keçir. İstanbul merliyinə müxalifətin namizədi ümumilikdə AKP-nin şəhər idarəçiliyində buraxdığı qüsurları hədəf almışkən, iqtidar partiyası İmamoğlunun özünü hədəfə çevirib.

Məsələn, az öncə Ordu vilayətinə etdiyi səfərdən geri qayıdarkən aeroportun VIP keçidindən buraxılmadığı üçün yaranan münaqişə zamanı İmamoğlunun Ordu vilayətnin başçısını təhqir etdiyi iddiası irəli sürülüb. İmamoğlu dövləti təmsil edən şəxsi ona qarşı təxribat hazırladığı üçün tənqid etdiyini etiraf etsə də, təhqir etdiyini inkar edib.

Buna baxmayaraq, AKP təmsilçiləri üzərinə basa-basa İmamoğlunun vilayət rəhbərinin ünvanına məhz təhqir sözləri sərf etdiyini bildirir. Onun seçkilərdəki rəqibi Yıldırım da bu məsələni dəfələrlə gündəmə gətirib, dövlət adamını təhqir edən birinin İstanbul meri olmağa layiq olmadığını vurğulayıb və İmamoğlunu Ordu vilayət başçısından üzr istəməyə çağırıb.

Ekrem İmamoğlu Vali İt mi Basit mi dedi en net görüntü

İyunun 16-da İmamoğlu və Yıldırım canlı yayımda



debata çıxıblar



. 3 saatdan çox davam edən debat zamanı diqqət çəkən məqamlardan biri İmamoğlunun İstanbul bələdiyyəsinin AKP tərəfindən idarə olunduğu 2017-ci il dövründə kifayət qədər böyük məbləğdə maliyyə kəsirinin ortaya çıxdığı haqda Yıldırıma ünvanladığı sual olub. Müxalifət namizədi bildirib ki, bu kəsir ortalama 753 milyon lirə təşkil edib.

Yıldırım əvvəlcə bu iddianın yalan olduğunu bildirsə də, İmamoğlu bu məlumatın Dövlət Statistika Komitəsinin rəsmi hesabatında yer aldığını bildirib və qurumun saytında yerləşdirilmiş həmin hesabatı canlı yayımda nümayiş etdirib. Bundan sonra çaşqın vəziyyətə düşən Yıldırım cavabdan yayınıb.


“Statistika Komitəsinin hesabatı məsələni anladır, hesab-kitab tutmur. Məsələn, bələdiyyəyə aid daşınmaz əmlak işğal olunaraq istifadə olunur, işğal olunmuşların yalnız yüzdə 20-dən qazanc əldə edilir. Bədəli 164 milyon lirə civarında. Biz hesabatı incələdik. (Binali Yıldırım) yanıldılmış ola bilər, ona məlumat verənləri gözdən keçirsin…”

, – İmamoğlu canlı yayımda deyib.

Binali Yıldırım isə öz növbəsində AKP-nin İstanbulu idarə etdiyi 25 illik dövrdə həyata keçirilən müsbət dəyişikliklər haqda danışıb:


“25 ildir İstanbula çox xidmət göstərdik… 1994-cü ildə adambaşına 14 litr su verilirdi, indi 101 litr verilir… Melendən, Sakaryadan 230 kilometr məsafədən İstanbula su gətirildi… Yaşıllıq miqdarı 10 milyon kvadratmetr idi, hazırda 60 milyon kvadratmetrdir. 3 milyon 450 min açac əkilib. Min beş yüz avtobus vardı İstanbulda, hazırda 6 min 500 avtobus var. 24 kilometr metro vardı. Bu il açılacaqlarla birlikdə 376 kilometr olacaq. 233 artıq var. 32 min 700 metroyla daşınan sərnişin sayı 4 milyon 500 min olub. İstanbul içində 30 kilometr tunel var”.

Canlı yayım zamanı namizədlər bir-birlərinə qarşı mədəni tonu gözləsələr də, sərt ittihamlar səsləndiriblər. Ammaən sonda ailələri və debatın aparıcısı ilə birlikdə mehriban foto çəkdirərək yayımdan ayrılıblar.

Bunun ardınca debatlarda kimin daha üstün göründüyü, kimin qələbə şansının yüksəldiyi ətrafında qızğın müzakirələr başlayıb.

Tanınmış yazıçı, jurnalist və siyasi şərhçi Uğur Dündar öz Twitter hesabında bunları yazıb:

“Nəticə:

İmamoğlu sorğulara görə, “Böyük Görüşə” öndə gəlmişdi, elə də bitirdi.

Format tamaşaçıya gözlənilən həyəcanı vermədi. Bu mübahisə İmamoğlunun da, Yıldırımın da səfərbər etdiyi seçiciyə təsir etməz.

Küçükkaya (debatın moderatoru – red.) tərəfsiz idi.

Son həftəyə belə girildi”.

Digər tanınmış jurnalist İsmayıl Saymaz isə Twitterpaylaşımındahəm namizədlərə, həm də debat moderatoruna təşəkkür edib:


“Bu qədər zamandan sonra müzakirə və demokratiya mədəniyyətini daddığımız üçün Əkrəm İmamoğlu və Binali Yıldırıma, onlarla debatı təqdim edən İsmayıl Küçükkayaya təşəkkür etmək lazımdır. Mənim qənaətimcə, İmamoğlu müzakirəni bir barmaq öndə bitirdi. Kim qazandı deyə soruşsanız, bütün ölkə qazandı”.

Sadə insanların əhvalına gəlincə, onlar arasında seçkinin təkrarlanmasından qəzəblənənlər az



deyil



. “İqtisadiyyatı düşünmək lazımkən, bunlar seçkilərə kökləniblər” – küçə sorğusunda iştirak edən bir vətəndaş deyir.

“…İqtisadiyyat bitib. İnsanlar bir kilo pomidor ala bilmir. Kartofun kilosu 10 TL olub. Kartof 10 Tl ikən, bibər 20 Tl ikən, iqtisadiyyat haqda danışmağımız lazımkən adamlar bir aydır seçkiyə köklənib…”.

Ana səhifəXəbərlərİstanbulun fəthi davam edir