Hala Samir

Source: https://sol.org.tr/haber

Caption: Hala Samir

İstanbulda “Müsəlman Qardaşları”na məxsus televiziya homoseksualları öldürməyə çağırıb

“Əgər gey olan kişiləri görsəniz, aktiv olanı da, passiv olanı da öldürün… İkisini də öldürün”

İstanbulda yerləşən “Müsəlman Qardaşları”na (İkvan) bağlı telekanal homoseksualların öldürülməsinə çağırış edib, bazar ertəsi Türkiyənin “Sol” xəbər saytı xəbər verib.

“Watan TV”-nin aparıcısı Hala Samir Məhəmməd Peyğəmbərin sözünə istinadən gey kişilərin “aktiv və ya passiv olmasından asılı olmayaraq” öldürülməsinə çağırıb.

“Əgər gey olan kişiləri görsəniz, aktiv olanı da, passiv olanı da öldürün… İkisini də öldürün”,- Samir yayında deyib.

Samir bununla yanaşı lezbiyanlığın da İslam qanunlarına görə qadağan olduğunu bildirib.

“İslam alimləri yekdilliklə lezbiyanizmin qadağan olduğunu söyləyir”,- o deyib.

“Watan TV”-nin aparıcısı homoseksualların öldürülməsinə dair İslami razılıq əldə edərkən, bunun baş verəcəyi metodla bağlı fikir ayrılıqlarının olduğunu deyib.

2013-cü ilin iyul ayında “Müsəlman Qardaşları”nın üzvü Məhəmməd Mursi Misir prezidentliyindən devrildikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərəkatın üzvlərini İstanbulda sürgün olaraq qəbul edib.

“Müsəlman Qardaşları” ilə əlaqəli bir sıra media orqanları Türkiyədən kənarda da fəaliyyət göstərir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/aemkh1

Most Viewed