Siyavuş Novruzov

Source: meydan tv

Caption: Siyavuş Novruzov

''İslahatları gözü götürməyən qüvvələr Azərbaycanın işlərinə qarışmağa cəhd edir''

Siyavuş Novruzov: ''Bəzi dövlətlərin qurumlarının hesabatlarında Azərbaycana qarşı qərəz hiss olunur''

“Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyən qüvvələr “yox” deyillər. Bəzi ölkələr də Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Həm xaricdə, həm də daxildə sapı özümüdən olanlar bunu edirlər. Bu cəhdlər yersizdir və heç bir nəticə verməyəcək”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov belə deyib. Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat bildirib ki, bəzi dövlətlərin qurumlarının hesabatlarında Azərbaycana qarşı qərəz hiss olunur:

“Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir bloka qoşulmaması, Prezidentin öz xalqının maraqlarından çıxış etməsini gözləri götürmür. Ona görə də, bəzi dövlətlər müxtəlif bəhanələrlə, öz ölkələrində baş verən hadisələri kənara qoyub, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd ediirlər. Amma Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Ölkə başçısı xalqın maraqlarını istər ölkə daxilində, istərsə də xaricində müdafiə edir. Ona görə də belə cəhdlər nəticəsiz qalacaq”.

Komitə sədri əlavə edib ki, ölkə daxilindı də bəzi qüvvələr aparıan islahatların onların təzyiqi nəticəsində edildiyini iddia edirlər:

“Ancaq bir daha deyirəm ki, bu işlər illərdir aparılan siyasətin nəticəsidir. Maaş, pensiya, təqaüdlər, müavinətlər və s sahələrdə artımlar, digər sosialyönümlü məsələlər 2019-cu ilin büdcə müzakirələri zamanı nəzərdə tutulmuşdu. Büdcənin tətbiqinə başlanan kimi müvafiq sərəncamlar imzalandı”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/90qfl7

Most Viewed