Source: Google

İranda qadın futbol azarkeşi özünü yandıraraq həlak olub

İranda idman stadionuna girməkdə ittiham edildiyi üçün özünü yandıran gənc qadın xəstəxanada keçinib, - “Radio Fərda” xəbər verir.

Adı rəsmi olaraq açıqlanmayan 29 yaşlı gənc qadın mart ayında Tehranda futbol matçına qatılmaq istəyərkən həbs edilib. İranda qadınların arenalarda kişilərin idman yarışlarını izləməsinə icazə verilmir.

O, daha sonra həbsdən azad edilsə də, mobil telefonunu geri almaq üçün 1 sentyabr tarixində prokurorluğa gedərkən açılmış işin sonlanmadığını və hələ də həbsxanaya düşmə ehtimalının ola biləcəyini öyrənib.

Xəstəxana səlahiyyətlilərinin sözlərinə görə, həmin an gənc qadın üzərinə benzin tökərək özünü yandırıb. Xəsarət nəticəsində qadının bədəninin 90 faizi yanıb.

Bacısı keçən həftə rəsmi IRNA xəbər saytına verdiyi açıqlamada deyib ki, zərərçəkmiş şəxs həmçinin bipolyar pozğunluqdan əziyyət çəkirmiş.

Gənc qadının düşdüyü vəziyyət sosial mediada səs-küyə səbəb olub. Paytaxt Tehranda bəzi siyasətçilər və jurnalistlər etiraz aksiyası keçirib.

İslahatçı millət vəkili Pərvanə Salahşuri (Parvaneh Salahshouri) tviter hesabında qeyd edib: “Kişilərin qadınların taleyini təyin etdiyi və onları əsas insan hüquqlarından məhrum etdiyi, həmçinin zülmlərində kişilərə kömək edən qadınların olduğu yerdə biz hamımız bu kimi qızların tutulması və yandırılmasında məsuliyyət daşıyırıq”

Tehranda fəaliyyət göstərən jurnalist Əkbər Montajabi yazıb: “Enerji dolu bir qızın intihar etməsi göstərir ki, İran cəmiyyətində səhv olan bir şey var”.

Digər İranlı jurnalist Səidə İslami (Saeide Eslamie) yazıb: “İslam Respublikası hər gün yeni üzünü göstərir. Qadının yalnızlığında ailəsinin xəbəri olmadan dəfn edilməsi? Cənab İslam Respublikası, sən bir gün özünün yaratdığın kəndirlərə dolaşıb boğulacaqsan”.

Həftəsonu boyunca bir neçə iranlı futbolçu  sosial mediada gənc qadın üçün dəstək nümayiş etdirib. O, həmçinin sevimli futbol komandasının geyim formasına görə “Mavi Qız” olaraq tanınırdı.

İran milli futbol komandasının kapitanı Məsud Şojaey (Masoud Shojaei) “İnstagram” səhifəsində deyib ki, onlar hələ də qadınlara qoyulmuş qadağalardan təsirlənirlər: “Gələcək nəsillər qadınlarımızın dövrümüzdə idman arenalarına girmələrinə qadağa qoyulmasına məəttəl qalacaqlar”. Kapitan Şojaeyin “İnstagram” səhifəsində 400 mindən çox izləyicisi var.

İran dünyada qadınlara idman stadionlarında qadağa qoyan yeganə ölkədir. Yazılmamış bu qanun 1980-ci ildən bəri dini mühafizəkarlar və siyasi sərt fikirlilər tərəfindən dəstəklənir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/k58o8g

Most Viewed