İran İslam Respublikası

Source: Foto: Al Jazira

Caption: İran İslam Respublikası

İranda koronavirusa yoluxma üzrə ən yüksək hədd müşahidə edilib

“Yoluxma hələ bitməyib və hər an əvvəlkindən daha güclü şəkildə geri qayıda bilər”

İran 1 apreldən etibarən koronavirusa yoluxmada ən yüksək artım müşahidə edib

Səhiyyə Nazirliyinin məlumatına görə, İran təxminən iki aydır ki, hər gün yeni koronavirus hallarını qeydə alır. Dünəndən etibarən ölkədə 2,979 yoluxma halı qeydə alınıb, - “Guardian” xəbər verir.

İranın yeni infeksiya hallarını qeyd etdiyi son tarix aprelin 1-i olub və bu rəqəm 2,988 nəfərdir. Son rəqəmlər göstərir ki, ölkə hazırda yoluxmanın ikinci dalğası altındadır. Səhiyyə naziri Səid Namaki xəbərdarlıq edərək bildirib ki, epidemiya əvvəlkindən daha güclü şəkildə yenidən qayıda bilər.

“Yoluxma hələ bitməyib və hər an əvvəlkindən daha güclü şəkildə geri qayıda bilər,” o, “Reuters”ə bildirib. “İnsanlarımız sağlamlıq protokollarına hörmət etməzsə ... biz ən pis vəziyyətə hazır olmalıyıq”.

İranda hökumət işçiləri yenidən işə qayıdırlar və keçən həftə ölkənin bəzi yerlərində kafelər və restoranlar yenidən açılmağa başlayıb. Bazar günü məscidlərdə gündəlik namazlar qılınmağa başlayıb. Rəsmilər yoluxma hallarının intensivləşmə səbəbiylə may ayının ortalarında Xuzistan və Sistan Bəlucistanın cənub bölgələrində yenidən təcrid tədbirləri tətbiq etməli olublar.

Səhiyyə Nazirliyinin sözcüsü Kianoush Jahanpour deyib ki, bazar ertəsi günü aşkar edilən yeni yoluxma hallarının 78% -i mülayim xarakterli olub. Onun sözlərinə görə, son 24 saat ərzində COVİD-19-dan daha səkkiz nəfər ölüb, koronavirusa yoluxmuş 2,578 xəstə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İslam Respublikası Xəbər Agentliyi Jahanpoura istinadən bildirib ki, bu günə qədər İranda 154,445 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, onlardan 121,004 nəfəri sağalıb və 7,878 nəfər isə ölüb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5kfthk

Most Viewed