Source: google

İranda daha iki nəfər koronavirusdan ölüb

Article was updated on :  22 February 2020

Yoluxma halları Qum şəhəri ilə bağlıdır

İranın səhiyyə qurumları cümə günü koronavirusdan daha iki nəfərin öldüyünü və ölənlərin sayının dördə çatdığını bəyan edib.

“The New York Times” xəbər verir ki, ölənlər virusa yoluxan yeni 13 insan arasında olub.

Ümumilikdə bu günə qədər İranda ölən dörd nəfər də daxil olmaqla 18 koronavirus halı qeydə alınıb.

Səhiyyə Nazirliyinin sözcüsü Kianuş Cahanpur (Kianoush Jahanpour) yeni aşkarlanan yoluxma hallarının hamısının Qum şəhəri ilə bağlı olduğunu deyib. Cahanpur deyib ki, yeni yoluxmuş insanlar ya Qumdandır, ya da onlar bu yaxınlarda həmin şəhərdə olublar. Onun sözlərinə görə, onlardan dördü paytaxt Tehranda, ikisi şimal Gilan əyalətində xəstəxanaya yerləşdirilib. İranın Səhiyyə Nazirliyinin rəsmisi Minoo Mohraz ehtimal edib ki, virus Qumda işləyən və Çinə qayıdan çinli işçilərdən keçib. O, bu haqda daha ətraflı məlumat verməyib. Bir Çin şirkətinin Qumda günəş elektrik stansiyası inşa etdiyi bildirilir.

Səhiyyə naziri Hamad Hassan cümə günü bildirib ki, Livanda koronavirusun ilk hadisəsi də Qum şəhəri ilə bağlıdır. Belə ki, 45 yaşlı xəstə cümə axşamı Qumdan gələn qadın olub. O, qadının “vəziyyətinin yaxşı olduğunu” və nazirliyin xəstəlikdə şübhəli bilinən digər iki şəxsi nəzarətə aldığını bildirib. Qadın və digər iki xəstəliyə yoluxduğu iddia edilən şəxsin Beyrutdakı Rafik Hariri hökumət xəstəxanasında karantində olduğu bildirilir.

Virusun İrana yayılması ilə bağlı narahatlıq bu həftə İranın hökumət nümayəndələrini Tehrandan təxminən 130 kilometr cənubda yerləşən Qumda bütün məktəb və şiə seminariyalarını bağlamağa məcbur edib. Bundan öncə İran koronavirusun episentri olan Çinin Vuhan şəhərindən 60-a yaxın iranlı tələbəni evakuasiya etmişdi. Tələbələr ölkəyə qayıtdıqdan sonra karantinə alınmış və 14 gün sonra heç bir problem müşahidə edilmədiyi üçün xəstəxanadan buraxılmışdılar. Qum din elmlərinin öyrənildiyi tanınmış məktəblərin yerləşdiyi şiə şəhəridir və buraya İraq, Pakistan, Əfqanıstan və Azərbaycandan tələbələr təhsil almağa gəlirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  22 February 2020
Featured in:  
Shortlink:   http://mtv.re/hhn8cw

Most Viewed