İran yeni ballistik raketləri nümayiş etdirib

İranın Qüds Qüvvələrinin rəhbəri Süleymani və İraq milis komandiri Əbu Mehdi əl-Muhandis, yanvar ayında ABŞ-ın Bağdad hava limanına zərbəsi zamanı öldürülüb.

Source: Specify Source


Silahlar “Süleymani” və “Əbu Mehdi” adlandırılıb

İran cümə axşamı iki yeni ballistik raket nümayiş etdirib,- “Reuters” xəbər verir.

Müdafiə naziri Əmir Hatami raketlərdən birinin Qasım Süleymaninin (Qassem Soleimani) adını daşıdığını və 1400 kilometri hədəflədiyini bildirib. Digəri isə “Əbu Mehdi” adlandırılıb.

Silahlar dövlət televiziyasında görüntülənib və onlar haqda “İranın dayanıqlılıq gücünü daha da artıracaq” ifadəsi işlədilib,- “Reuters” bildirib.

İranın Qüds Qüvvələrinin rəhbəri Süleymani və İraq milis komandiri Əbu Mehdi əl-Muhandis, yanvar ayında ABŞ-ın Bağdad hava limanına zərbəsi zamanı öldürülüb.

“Raketlər bizim üçün çox vacibdir … İki ildən az müddətdə 300-dən 1000-ə qədər məsafə aralığını artırmağımız böyük bir müvəffəqiyyətdir”,- İran Prezidenti Həsən Ruhani deyib.

“Hərbi gücümüz və mərmi proqramlarımız müdafiə xarakterlidir”,- o vurğulayıb.

Vaşinqton bir müddətdir ABŞ-ın İrana qarşı tətbiq etdiyi silah embarqosunu genişləndirməyə çalışır.

Prezident Donald Tramp ABŞ-ı 2015-ci ildə İran və dünya gücləri arasında imzalanmış sazişdən çıxartdıqdan və İrana qarşı sanksiyaları tətbiq etdikdən sonra Tehranla Vaşinqton arasında gərginlik yüksəlib. Bu gərginlik Süleymaninin ölümüylə daha da artıb.

Vaşinqton deyir ki, məqsədi Tehranı nüvə işinə sərt məhdudiyyətlər qoyan, ballistik raket proqramını ləğv edən və regional proksi müharibələrinə son qoyan daha geniş bir razılaşma imzalamağa məcbur etməkdir. İran sanksiyalar durduqca danışıqlara getməyi rədd edir.

Ana səhifəDünyaİran yeni ballistik raketləri nümayiş etdirib