İran İslam Respublikası və Böyük Britaniya bayraqları

Source: google.az

Caption: İran İslam Respublikası və Böyük Britaniya bayraqları

İran Britaniyanı neft tankerini buraxmağa çağırıb

Tehran tanker azad edilmədiyi təqdirdə qarşılıq olaraq bir ingilis gəmisini ələ keçirəcəyini deyir

İran Britaniyanı keçən həftə ələ keçirdiyi neft tankerini dərhal buraxmağa çağırıb, - Azadlıq Radiosu xəbər verir.

"Bu, təhlükəli oyundur və pis nəticələrə gətirib çıxara bilər ... tutmaq üçün səsləndirilmiş qanuni bəhanələr etibarlı deyil ... tankerin buraxılması bütün ölkələrin maraqlarına xidmət edir," - İran Xarici İşlər Nazirliyinin sözcüsü Abbas Musəvi iyulun 12-də belə deyib.

Dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, Musəvi həmçini deyib: "Xarici güclər bölgəni tərk etməlidir, çünkü İran və digər regional iştirakçılar regional təhlükəsizliyi təmin etmək iqtidarındadır".

İngiltərənin xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) deyib ki, İngiltərə İranla qarşıdurma istəmir.

"Biz İrana açıq şəkildə bildirdik ki, vəziyyətin gərginləşməsini istəmirik".

Nazirliyin açıqlamaları Britaniya Krallığının Cəbəllütariq sahillərində İran tankeri olan “Grace 1”-i ələ keçirdikdən bir həftə sonraya təsadüf edir. Krallıq tankerin sanksiyalara məhəl qoymayaraq Suriyaya neft apardığını iddia edib.

Tehran tanker azad edilmədiyi təqdirdə qarşılıqlı tədbirlər alacağı xəbərdarlığını edib və deyib ki, qarşılıq olaraq bir ingilis gəmisini ələ keçirəcək.

Britaniya iyulun 11-də bildirib ki, üç İran gəmisi Fars körfəzi ilə Ərəb dənizini birləşdirən Hörmüz boğazında britaniyalı bir neft tankerinə "maneə yaratmağa cəhd edib," lakin Britaniya savaş gəmisi ilə qarşılaşdığı üçün geri çəkilib.

İran Britaniya tankerini dayandırmağa cəhd etdiyini qəbul etməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/uhbtrk

Most Viewed