İqtisadçı: Açıqlanan rəqəmlər inkişaf nağıllarını alt-üst edib

”Məlumatların təhlili göstərir ki, bu nağılın real həyatla bağlantısı yox imiş”

Source:
Nemət Əliyev
Nemət Əliyev


”Məlumatların təhlili göstərir ki, bu nağılın real həyatla bağlantısı yox imiş”

2017-ci ildə ölkədə əsas növ neft emalı məhsullarının istehlakı 3,8 milyon ton olub. Bu, 2016-cı illə müqayisədə 1,0 faiz artıqdır. Ümumi istehlakın 34,7 faizini dizel yanacağı, 34,1 faizini avtomobil benzini, 9,1 faizini mazut yanacağı, 6,1 faizini neft bitumu, 4,8 faizini neft-kimya sənayesində istifadə üçün benzin, 4,0 faizini aviasiya üçün və sair ağ neft, 3,4 faizini maye qaz, 1,1 faizini sürtkü yağları, 2,7 faizini isə digər neft emalı məhsulları təşkil edib.

Dövlət Statistika Komitəsinin enerji istehlak səviyyəsinə dair bu ilin fevralında açıqladığı

hesabat

da belə deyilir.

Bildirilir ki, ölkədə 22,0 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 82,6 faizi hasilatın, 7,8 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın, 9,6 faizi isə idxalın hesabına formalaşıb:

“Ehtiyatların 45,8 faizi ölkə daxilində istehlak edilib, 40,3 faizi ixrac olunub, 3,5 faizi itkiyə gedib, 10,4 faizi 2018-ci ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb”.

Məlumatda daha sonra qeyd edilir: “2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1999,5 milyon kVt saat elektrik və 357,3 min Qkal istilik enerjisindən, 169,6 milyon kub metr təbii qazdan istifadə edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 8,2 faiz, istilik enerjisindən 1,2 faiz, təbii qazdan 14,2 faiz çox istifadə edilib”.

İqtisadçı Nemət Əliyev deyir ki açıqlanan bu məlumatlar rəsmi müşavirələrdən, konfranslardan, forumlardan, daha neçə çeşid toplantılardan səslənən inkişaf nağılarını alt-üst edib:



Məlumatlar

ın təhlili göstərir ki, heç demə, 2017-ci ildə ölkədə 0,1 faiz iqtisadi inkişaf olması haqqında rəsmi dairələrin söylədikləri nağılıymış və bu nağılın ral həyatla bağlantısı yox imiş. Statistika Komitəsinin yaydığı məlumatlardan məlum olur ki, 2017-ci il ərzində ölkə daxilində 20,9 milyard kVt.saat elektrik enerjisi, 10,1 milyard kubmetr təbii qaz, 3,8 milyon ton neft məhsulları istehlak olunub. Halbuki 2016-cı ildə 21,6 milyard kVt.saat elektrik enerjisi, 10,4 milyard kub metr təbii qaz, 4,2 milyon ton neft məhsulları istehlak olunub. Bu iki ilin göstəricilərini müqayisəyə gətirsək, məlum olar ki, 2017-ci ildə elektrik enerjisinin istehlakı 700 milyon kVt.saat və ya 3,2 faiz, təbii qaz istehlakı 300 milyon kub metr və ya 3,3 faiz, neftayırma məhsullarının istehlakı isə 400 min ton və ya 8,9 faiz azalıb”.

İqtisadçı bildirir ki, 2017-ci ildə ölkə iqtisadiyyatının enerjisi kəsilib, “havası”, “suyu”, “yeməyi” ixtisar edilib:

“Ölkə üzrə ümumi işgüzarlıq səviyyəsi, faktiki iş əmsalı 2016-cı illə müqayisədə 2017-ci ildə aşağı düşüb. Yalnız ona görə ki, enerjisi – benzini, nefti, elektriki, qazı çatışmayıb.

Nəzərə almaq lazımdır ki, enerji sərfiyyat göstəriciləri istehsal göstəriciləri ilə düz mütənasib əlaqədədir. Odur ki, umumi enerji sərfiyyatının azalması (itkilər buraya aid deyil) məhsulların, iş və xidmətlərin istehsal həcminin azalması ilə müşayiət olunmalıydı. Bu səbəbdən 2017-ci ildə 0,1 faiz iqtisadi böyümə olması haqqında irəli sürülən rəsmi iddiaların əsası yoxdur. Aparılan təhlil onu göstərir ki, ötən il iqtisadiyyatımız daha da kiçilib və ÜDM-in real səviyyəsi 2016-cı ildəki səviyyənin aşağısına düşüb”.

Ana səhifəXəbərlərİqtisadçı: Açıqlanan rəqəmlər inkişaf nağıllarını alt-üst edib