Source: Meydan.TV

İnsanlar pirlərə niyə gedir?

İnsanlar pirlərə niyə gedir?

Goranboy rayonu, Qurbanzadə kəndindəki pirdə bir şəxs qaloş olduğu deyilən əşyanı ziyarətçilərin üst-başına toxundurur.

Bura ziyarətə gələnlər simvolik mənada qaloşdan nə gözləyir? Bu insan axınını pirlərə gətirən səbəb nədir?

Bibiheybət pirini ziyarət edən Xədicə Şadlinski deyir ki, imamların övladlarını ziyarət etmək peyğəmbərin tövsiyəsidir. O hər gün bura yeddinci imamın qızı Həkimə xanımı ziyarətə gəlir.

Xədicə xanım deyir ki, insanlar bura müxtəlif arzularla gəlirlər. Övliyaların dəfn olunduğu yerlər pak hesab olunur. Ziyarətçilərin daşı öpməsini, toxunmağını da insanların bir-birilə görüşməsinə bənzədir.

Tarixçi Altay Göyüşov pirlərlə bağlı 5-6 il öncə müəllimlik etdiyi Bakı Dövlət Universitetindəki hadisəni xatırlayır. "Bir də gördüm universitetdə elan asılıb ki, Həmkarlar İttifaqı pirlərə ziyarət təşkil edir. Bu doğrudan gülməli idi. Çünki ali təhsil müəssisəsində belə şey qoymaq gülməli çıxır. Pirin nümayəndəsi gəlib asa bilər, azadlıqdır edə bilər. Amma bunu universitet rəhbərliyinin təşkil etməsi adama gülməli gəlir", - Altay Göyüşov deyir.

Turdan söz düşmüşkən, şəhər sakinləri necə pirlərə ziyarətə gedirlərmi?

Kimisi cəhalət, kimisi niyyətlərinin gerçəkləşməsi üçün ümid yeri hesab edir pirləri.

Tarixçiyə görə isə bu min illərdən gələn inancdır, ənənədir. Təhsil səviyyəsinin aşağı olması, insanların sosial rifanın pisləşməsi ilə də bu ziyarətlərə axın çoxalır.

Müzakirələrə səbəb olan görüntülərə reaksiya da gecikmir. Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov mətbuata açıqlamasında bildirib ki, videoda görünən qaloş deyil, seyid papağıdır. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açır.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, Hacı Şahin Həsənli isə dində belə xurafatın olmadığını, bunun fırıldaqçıların din üzərindən uydurduğu yalan olduğunu deyib.

Səs-küyə səbəb olan görüntülər sosial şəbəkə istifadəçilərinin hədəfinə çevrilib. "Qaloş piri" bənzətməsi ilə onlarla status yazılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, ümumilikdə Azərbaycanda 748 pir və ziyarətgah fəaliyyət göstərir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dl7s03

Most Viewed