Yeyinti məhsulları

Source: google.az

Caption: Yeyinti məhsulları

“İndiyə qədər ölkəyə bu qədər yeyinti məhsulları idxal olunmamışdı”

“Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində mütəxəssis yoxdur”

“İqtisadiyyatımızın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf da var. Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır”.

Bunu Prezident İlham Əliyev iyulun 6-da Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında deyib.

Ölkə başçısının söylədikləri sosial şəbəkədə müzakirə predmetinə səbəb olub.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə dövlət başçısının fikirlərinin sual yaratdığını bildirib:

“Kənd təsərrüfatının hansı subsektorunda islahatlar aparılır? Ölkə başçısı, yaxud rəsmi şəxslərdən kimsə bilirsə, söyləsin. Konkret olaraq, heyvandarlıq sahəsində ciddi problemlər yaşanır, ət, süd idxalı artıb. Azərbaycanın ixrac etdiyi məhsulların həcmi kəskin azalıb: alma, xurma, fındıq. Yəni bu ilin 5 ayında ixrac məhsulları kəskin azalıb, idxal isə kəskin artıb. İndiyə qədər son 5 ayda olduğu kimi ölkəyə bu qədər yeyinti məhsulları idxal olunmamışdı”.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

Source: Meydan TV

Vahid Məhərrəmov Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinad edərək bildirib ki, 2020-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı fiziki çəkidə 11 faiz, dəyər ifadəsində 37,5 faiz artıb. Kəsim üçün gətirilən iri heyvanların idxalı 47 faiz artıb. Süd fiziki çəkidə 36,2 faiz, dəyər ifadəsində 70,2 faiz artıb. Kərə yağı həm dəyər, həm fiziki çəkidə 32 faiz artıb. Meyvə-tərəvəz fiziki çəkidə 9, dəyər ifadəsində 13 faiz artıb, çay dəyər və fiziki çəkidə 5 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 20 faiz fiziki çəkidə, 32 faiz dəyər ifadəsində artıb. Düyü dəyər ifadəsində 38 faiz artıb. İxracda meyvə-tərəvəz fiziki çəkidə 10 faiz azalıb, fındıq 26 faiz, alma 45,9 faiz, xurma 25 faiz azalıb. Eyni zamanda, pambıq lifi 24,3 faiz, pambıq ipi 19 faiz azalıb.

“Hökumət son illər dövlət büdcəsi hesabına pambıqçılığı bir az genişləndirib. Yarım milyard dollar olduğunu desələr də, mən çox olduğunu düşünürəm. İlham Əliyev bildirmişdi ki, hər il pambıqçılığın inkişafına 100 milyonlarla dollar xərclənir. Əlbəttə, kənd təsərrüfatı texnikasının alınmasında qiymətlər şişirdilib. Alınan texnika arasında hətta bundan əvvəl istifadə olunmuş texnika da olub, yəni hamısı yeni deyil. Hökumət baramaçılığın inkişafından danışır, amma bu inkişaf dotasiya hesabınadır ki, bu, baramaçılığın gələcəkdə məhvi deməkdir. Barama istehsalı nə qədər artırsa, bir o qədər çox dövlət büdcəsindən vəsaitt ayrılır. Hər kiloqram üçün 5 manat. Halbuki, baramanın kiloqramını Qazaxıstan Azərbaycan puluyla 5 manata ixrac edir. 100 faiz dotasiya ilə əmələ gələn baramaçılığın həcmini artırmaq inkişaf sayıla bilməz”.

Vahid Məhərrəmov ət və süd istehsalının azalmasından sonra yem istehsalının çox baha başa gəldiyini xatırladıb:

“İndi ot presinin biri 5 manata təklif olunur. Halbuki, belə bir qiymət qışda olurdu. Bütün bunlar həm istehsalın azalacağını, həm də məhsulun qiymətinin bahalaşacağını söyləməyə əsas verir. Yəni mən aqrar sektorda köklü islahat görmürəm. Kadr dəyişikliyi qeyri-peşəkarların bu sahəyə toplanmasına səbəb oldu. Müvafiq nazirlikdə yüksək vəzifəli 5 məmur var, amma onların heç biri aqrar sektor üzrə mütəxəssis deyil və kənddə doğulmayıb”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/smjice

Most Viewed