İlqar Məmmədovun məhkəməsi təxirə düşdü

Prokurorun məhkəməyə gəlmədiyi deyilir

Source:


Prokurorun məhkəməyə gəlmədiyi deyilir

Avqustun 10-da Şəki Apelyasiya Məhkəməsində REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə yeni təhqiqat qeyri-müəyyən müddətə təxirə salınıb. Rəsmi olaraq, bu, dövlət ittihamçısının gəlməməsi ilə əsaslandırılıb.

Amma fəallar prokurorlu məhkəmə binasında görüblər.



Turan

” İA belə yazır.

İlqar Məmmədovun tərəfdarları hesab edirlər ki, hakimiyyət prosesi Bakıdan çox sayda vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalif siyasətçilərin və Qərb diplomatlarının gəlməsi ilə əlaqədar təxirə salıb.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Amma Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Ana səhifəXəbərlərİlqar Məmmədovun məhkəməsi təxirə düşdü