Source: Meydan TV

İlkin Süleymanovun məhkəmə prosesi: “Əsl cinayətkar cəzalandırılsın”

İlkin Süleymanovun məhkəmə prosesi: “Əsl cinayətkar cəzalandırılsın”

Avqustun 11-də Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanovun məhkəməsi davam edib. O, 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunur. Süleymanovun yaxınları “İlkinə azadlıq”, “Əsl cinayətkar cəzalandırılsın” şüarları səsləndirib.

Bugünkü məhkəmədə zərərçəkmiş tərəfin – azyaşlı Nərminin valideynləri dindirilib.

Müdafiə tərəfi valideynlərin ifadələrində təzadlar olduğu iddiasındadır. Vəkil Əlibala Rzayev deyib ki, İlkin günahsızdır və bunu zərəzçəkmiş tərəf də bilir.

İlkin Süleymanovun yaxınları işin gedişindən narazıdır. Onlar məhkəmə proseslərində video çəkilişə icazə verilməsini tələb edirlər.

10 yaşlı Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin “köməksiz vəziyyətdə olan adamı öldürmə” və yetkinlik yaşına çatmayan şəxsi qanunsuz saxlama” maddələri ilə ittiham irəli sürülüb. O, ömürlük həbs edilə bilər.

İlkin Süleymanov özünün günahsız olduğunu, ondan işgəncə altında ifadə alındığını deyib.

Növbəti məhkəmə prosesi sentyabrın 8-də keçiriləcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ys8bn8

Most Viewed